إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ-da İslam alimlərinin 4 önəmli kitabı ingilis dilinə tərcümə olunub

Amerikada İslam alimlərinin 4 önəmli kitabı: “Həzrət Fatimənin (s.ə) həyatı”, “Vilayət Nuru”, “İslam haqqında hamının bilməli olduğu” və “Özünü islah” kitablarının ingilis dilinə tərcüməsi nəşr olunub. Bu kitabların həmçinin, elektron versiyası da işlənərək, hazırlanıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə Maide.az saytı beynəlxalq KİV-lərə istinadən məlumat vermişdir.Məlumatda bildirilir ki,qeyd olunan 4 kitab Amerikada yaşayan Hindistan əsilli Seyid Hüseyn Ələmdar tərəfindən ingilis dilinə tərcümə edilib və kitablar Ater House nəşriyyatı tərəfindən çap olunub.

“Həzrət Fatimənin (s.ə) həyatı” kitabının müəllifi Seyid Münzər Həkim, “Vilayət Nuru” kitabının müəllifi Ayətullah Cəfər Sübhani və “İslam haqqında hamının bilməli olduğu” kitabı ilə “Özünü İslah” kitabı isə Ayətullah İbrahim Əmini tərəfindən qələmə alınıb.

İngilis dilinə tərcümə edilmiş bu kitabların təqdimat mərasimi Məhərrəm ayı ərəfəsində və Nyu Yorkun İmam Əli(ə) məscidində keçirilib.

Seyid Hüseyn Ələmdar bu kitabları ingilis dilinə tərcümə etməkdə məqsədinin Amerikada həqiqi İslam maarifini yaymaq olduğunu bildirib.

Bu dörd kitabın ingilis dilinə tərcüməsi İnternet kitab mağazası olan Amazon vasitəsi ilə internetə yerləşdirilib və Əhli-Beyt (ə) aşiqlərinin ixtiyarına verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Oktyabr, 2014  18:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!