|
• Dünyadaİslam alimləri- Şeyx Nimrlə bağlı edam hökmünün arxasında siyasi səbəblər mövcuddurLivanın paytaxtı Beyrutda “Mübarizə hərəkatını dəstəkləyən islam alimlərinin toplantısı”na qatılan alimlər və ictimai-siyasi xadimlər islam alimi şeyx Baqir Nimr ən-Nimrlə bağlı verilən edam hökmünü pisləyiblər.Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə Salamnews agentliyi IRNA-ya istinadən məlumat vermişdir.Məlumatda bildirilir ki, toplantı iştirakçıları Səudiyyə Ərəbistanı məhkəməsinin bu hökmünün arxasında siyasi səbəblərin olduğunu, bu qərarın beynəlxalq hüquq və normalara sığmadığını və onun siyasi cinayət olduğunu bildiriblər, həmçinin bu addımın islam fiqhinə əsla uyğun gəlmədiyini qeyd ediblər. Şeyx Nimrin həbsindən sonra Səudiyyə ərəbistanının bəzi bölgələrində, xüsusilə şərqdəki Qətif şəhərində etirazlar baş qaldırıb. Bu aksiyalarda 16 iştirakçı və bir polis ölüb. Bildirək ki, Səudiyyə Ərəbistanı şeyx Nimri hakim ailəni təhqir etmək, polisə müqavimət göstərmək, ölkədə vətəndaşlar arasında iğtişaş yaratmaq və sair məsələlərdə təqsirləndirir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2014 11:34 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |