إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Iraq Parlament nümayəndəsi - İran və Suriya olmadan İŞİD əleyhinə atılan beynəlxalq addımlar faydasızdır

İraqın parlament nümayəndəsi İran və Suriya olmadan terrorçu İŞİD qurpuna qarşı atılan istənilən beynəlxalq addımların atılmasının nəticəsiz olacağını bildirib.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə  İraq parlamenti nümayəndəsi  Əhməd Əl-Xəfaci ötən gün Fars informasiya Agentliyinə verdiyi müsahibədə İran və Suriyanın terrorizmlə mübarizədə xüsusi rolunun olduğunu qeyd edərək deyərək bildirib - İŞİD terrorçu qruplaşmasının ən çox təhlükəsi Suriyaya qarşı olduğunu nəzərə alaraq, terrorizmlə mübarizə məqsədi ilə təşkil olanan beynəlxalq ictimaiyyət üzrə koalisiyanın təşkil olunması bu ölkələrin iştirakı olmadan heç bir nailiyyət ədə etməyəcəkdir.


Əl-Xəfaci Livanın İŞİD ilə mübarizəsinin təsirli olduğunu bildirərək deyib: İŞİD terrorçu qrupu ilə güclü şəkildə qarşılaşmaq üçün İran, Livan və Suriya ölkələrinin terrorizmlə bağlı koalisiyada iştirak etmələri vacibdir.


Bundan öncə iraqlı ekspert Abbas Əl-Musəvi bildirmişdi ki, beynəlxalq ictimaiyyətin terrorizmlə bağlı koalisiya təşkil etməsi şöhbə doğurur, İran, Suriya və Rusiya terrorizmlə mübarizədə əsas olaraq, bu koalisiyadan kənarlaşdırırlar.


Qeyd edək ki,bu günlər Parisdə "İslam Dövləti"terrorçu qruplaşmasına qarşı beynəlxalq mübarizə üçün konfrans təşkil olunmuşdur.Konfransa ABŞ,Səudiyyə Ərəbistanı,İraq,Türkiyə,Qətər də daxil olmaqla ümumilikdə regionun və Avropa Şurası ölkələrindən 20 dövlət dəvət olunmuşdur.Müraciətlərə baxmayaraq İran və Suriyanın konfransa qatılmasına maneə yaradılmış, Rusiyanın terrororizmə qarşı yaradılan koalisiyadan kənarlaşdırılmışdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2014  12:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!