|
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Azərbaycan və İran elmi rəsədxanaları arasında əməkdaşlıq(foto)Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Əyyub Quliyevi və ölkəmizdə səfərdə olan İran Astrofizika Elmi Tədqiqat Mərkəzinin prezidenti, Marağa Rəsədxanasının direktoru professor Əli Əcəbşirzadəni qəbul edib. Ahlibeyt.az-ın QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə görüşdə dini mərkəz olaraq QMİ ilə Şamaxı və İran astrofizika elmi müəssisələri arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu sahə üzrə gözlənilən perspektivlər müzakirə olunub. Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, QMİ Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev,İlahiyyatçı Hacı Şahin Həsənli, İranın Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad, nümayəndəliyin əməkdaşı Həsən Əbdi, Tehran Universitetinin professoru Ehsan Təvvabi və digər şəxslər iştirak ediblər. Qeyd edək Ki,İran astorfizika rəsədxanası dünyada və xüsusən İslam ölkləri arasında namaz vaxtlarının elmi əsaslarla müəyyən edilməsində xüsusi nailiyyətləri ilə məhşur olan elmi müssisələrdən biri hesab olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2014 20:35 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |