إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Halal standartları üzrə təlim başladı

Təlimdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər

 

Ahlibeyt.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə İslam ölkələrinin mütəxəssisləri halal standartlar üzrə təlimə cəlb olunublar.

Malayziyada Texniki Əməkdaşlıq Proqramı çərçivəsində “Halal standartlar və islam ölkələri üçün uyğunluq infrastrukturu” mövzusunda təlim keçirilib. Təlimdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər.

Komitədən bildiriblər ki, tədbirdə kosmetik və şəxsi gigiyena vasitələri, şəriət qaydaları bazasında keyfiyyətin idarə edilməsi sistemləri, halal əczaçılıq, sertifikatlaşdırmanın ümumi qaydaları, xarici sertifikatlaşdırma qurumlarının tanınması, halal sertifikatlaşdırma prosesinin sxemi, auditin aparılması və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tədbir iştirakçıları Malayziyanın halal qida və gigiyenik vasitələr istehsalı ilə məşğul olan iri şirkətlərinin fəaliyyəti, o cümlədən Malayziya Texniki Parkında Halal Test Mərkəzi ilə də tanış olublar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2014  17:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!