إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Şirazi: "Əhli sünnənin müqəddəslərinə həqarət etmək caiz deyil"

"Əhli beyt (ə) məktəbini gözəl əməlinizlə təbliğ edin"

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə bu barədə "Rasthaber"-ə istinadən verdiyi xəbərə görə,bunu tanınmış mərcə müctəhidlərindən olan Ayətullah Məkarim Şirazi Qum şəhərində İslamı yeni qəbul etmiş bir qrup şəxslərlə görüşüb.

Ayətullah Məkarim Şirazi bildirib ki, Əhli beyt (ə) davamçıları üsuliddin və firuiddin barədə nəzərlərini Əhli sünnənin əsas kitablarından isbat edə biləcəyini deyib.

Səqəleyn (Quran və Əhli beyt (ə)) hədisinə işarə edən Ayətullah Məkarim Şirazi, Quran və Əhli beytin (ə) bir-birindən ayrı mütaliə ediləcəyi təqdirdə insanın doğru yolu itirəcəyini bildirib.

Nüfuzlu müctəhid əhli sünnənin müqəddəslərinə həqarətin caiz olmaması barədə verdikləri fətvaları vurğulayan Ayətullah Şirazi, müsəlmanların hər zaman və hər yerdə davranışları, sözləri ilə İslamın gözəl əxlaqını göstərməli olduqlarını bildirib.

Həmçinin Əhli beyt (ə) yolunun əməli formada təbliğinin ən gözəl üsul olduğunu qeyd edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2014  17:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!