|
• DünyadaR.T Ərdoğan -"Qətərdən çıxarılan "Müsəlman Qardaşlar"inTürkiyəyə daxil olmaları ciddi araşdırılacaq"“Müsəlman Qardaşlar”ın liderləri Türkiyəyə gəlmək istəsələr,buna maneə yaratmayacaq, səmimiyyətlə qarşılayacağıq,lakin onların ölkəyə girişi digər ölkələrdən olan əcnəbilər kimi ciddi şəkildə araşdırılacaq və bunun qarşısını alan amillər olmazsa ölkəyə daxil olmasına icazə veriləcək. Ahlibeyt.az -ın türk mətbuatına istinadən verdiyi xəbərə görə bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Qətər səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.Türkiyə prezidenti bildirib ki,hələlik "Müsəlman Qardaşıları" tərəfindən onlara belə bir müraciət olunmayıb, lakin bu olunarsa müraciət ciddi şəkildə araşdırılacaq Bildirək ki, Qətər hökuməti iki gün əvvəl “Müsəlman Qardaşlar”ın tanınmış yeddi liderindən ölkəni tərk etməyi tələb edib.Hələlik onların hansı ölkəyə getmək istəmələri barədə açıqlama verilmir,lakin Türkiyə hökumətinin regionda gedən həssas siyasi gedişatlarda terror,vətənə xəyanət və dövlət büdcəsini talamaqda ittiham olunan siyasi liderlərin ölkələrinə daxil olmalarına icaze verməsi indiki halda real görünmür. Ekspertlərin fikrincə, rəsmi Doha "Müsəlman Qardaşlar"ı liderlərini ABŞ,Avropa Şurası, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və regionun bəzi ölkələrinin təzyiqi nəticəsində ölkədən çıxarmağa qərar verib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2014 16:59 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |