|
• DünyadaQətər hökuməti Müsəlman Qardaşları təşkilatının yüksək rütbəli üzvlərini ölkədən çıxardıQətər hökuməti Misirin Müsəlman Qardaşları(ihvanul Muslimin) təşkilatının yüksək rütbəli bəzi üzvlərinin ölkəni tərk etməsini istəyib. Ahlibeyt.az-ın Shafaqna-ya istinadən verdiyi məlumata görə, buna səbəb onların Qətərdə mövcudluğu ilə əlaqədar olaraq qonşu ölkələrlə münasibətlərdə gərginliyin yaranması olub. Məlumatlarda qeyd olunur Ki, ölkədən çıxarılan şəxslər arasında İhvan Baş katibi Mahmud Hüseyn,Hürruyət və Ədalət Partiyası(HAP) idarə heyətinin üzvlərindən Amr Dərrac,Əşrəf Bədrəddin olmaqla ümumilikdə 7 siyasi lider olmuşdur.Bu qərarın ABŞ və regiaondakı bəzi ölkələrin təzyiqi nəticəsində gerçəkləşmişdir. Qətəri tərk etmək barədə qərar haqda Müsəlman Qardaşları təşkilatının liderləri özləri xəbər veriblər. Təşkilatda nüfuzlu siyasi fiqur olan Amr Darrac öz Feysbuk səhifəsində video mesaj yerləşdirərək, Qətər üçün problem yaratmaq istəmədiyinə görə ölkəni tərk etdiyini bildirib. O, Qətər hökumətinin ondan və bir neçə başqa şəxsdən ölkəni tərk etmələrini istədiyini deyib. 2013-cü ilin iyul ayında Misirdə prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra Müsəlman Qardaşları təşkilatının üzvləri Qətərdə sığınacaq tapmışdı. Qətərin təşkilatın üzvlərinə sığınacaq verməsi qonşu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, habelə Misirdə qəzəblə qarşılanmışdır. Hər üç ölkə öz nümayəndələrini Qətərdən çıxarmışdı. Qətər rəsmiləri Müsəlman Qardaşları təşkilatının liderlərinin ölkəni tərk etməsini elan etməsilə bağlı şərh verməyib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Sentyabr, 2014 13:24 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |