إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Moskvada Qurban bayramına həsr edilmiş “Qəlblərin sədaqəti” axşamı keçiriləcək

Qurban bayramının sevincini bölüşən toplaşanların qəlblərini birləşdirməyə söz verən “Qəlblərin sədaqəti” adlı bayram axşamı keçiriləcək.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə  bu barədə Salamnews-un Moskva müxbirinə Rusiya Müftilər Şurasının (RMŞ) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, RMŞ-in Sosial-xeyriyyə və mənəvi-təhsil fəaliyyəti departamentinin təşkil etdiyi “Qəlblərin sədaqəti” adlı miqyaslı tədbirlər Moskva vaxtı ilə saat 19:00-da Beynəlxalq Musiqi Evində təşkil ediləcək.

Hökumət və Federasiya Şurası nümayəndələri, Dövlət Dumasının deputatları və xarici səfirlərin dəvət olunduqları bayramda qonaqlara Renat Kərimov, Saida Muhametzyanova, Aslanbek Sultanbekova, Hadisə Sabiyeva və bir çox digər məşhur artistlərin iştirakı ilə maraqlı və dolğun mədəniyyət proqramı təqdim ediləcək.

Təntənəli axşamda RMŞ sədri şeyx Ravil Qaynutdinin çıxışı, müqəddəs Quranın tilavəti, bayram təkbirinin oxunması, baxımlı qum şousu, koloritli Qafqaz rəqsləri, tematik səhnələr və videoçarxların nümayişi gözlənilir.

Təşkilatçıların fikrincə, müqəddəs Quran, Tövrat və İncilin hökmlərindən olan valideynlərə sevgi və hörmət oxşar tədbirlərin keçirilməsinin vacibliyini vurğulamaqla, bu layihəni dolğunlaşdırır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Sentyabr, 2014  15:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!