إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli - "Bu adət-ənənələrə qarşı bir mübarizə başladılmalı idi”

“Bütün bunlar şəriət qayda-qanunlarına ziddir”.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu sözləri  Azxeber.com-a açıqlamasında  Məşədi Dadaş məscidinın axundu Hacı Şahin Həsənli söyləyib. O, dövlətin yas mərasimlərindəki israfçılığa son qoyulması ilə bağlı başlatdığı tədbirlərlə bağlı fikirlərini bölüşüb:

“Yas mərasimlərində israfçılığa çox yol verilir. Dində ölən şəxsin məclisində ehsan verilməsi bəyənilməyən əməllər sırasındadır. Dinimizin qaydalarına görə ölən şəxsin yuyulması, kəfənə bürünməsi, yaxınlarının namaz qılması və dəfn olunması əsas götürülür. Bundan əlavə tədbiq edilən bu mərasimlər dini ayin hesab edilmir. Bu ancaq milli adət-ənənədir. Düşünürəm ki, yas mərasimləri sadə şəkildə keçirilməlidir. Artıq bu hallar insanlarımız arasında rəqabət predmetinə çevrilib. Çoxları şan-şöhrət üçün kredit götürüb yas mərasimi keçirirlər. Bütün bunlar şəriət qayda-qanunlarına ziddir. Bu adət-ənənələrə qarşı bir mübarizə başladılmalı idi”.

Hacı Şahin, bu qaydalara əməl etməyən şəxslərin pul cəzası ilə cəzalandırılmasına da münasibət bildirib. O, başladılan tədbirlərin ancaq tövsiyyə xarakterli olmalı olduğunu, pul cərimələrinin isə qeyri-qanuni olduğunu bildirib:

“Mən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi iclasında iştirak etdim. Komitənin sədri Mübariz Qurbanlı özü də bildirdi ki, bütün bu qaydalar ancaq tövsiyyə xarakterli ola bilər. Hansısa cəzaların tədbiqi isə qeyri-qanunidir. Dünən Sumqayıtda yas mərasimində maliyyə cəzasınını verilməsi ilə bağlı xəbər isə Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndəsi tərəfindən həmin görüşdə təkzib edildi.

Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüzn məclislərində israfçılıq hallarının qarşısını almaq üçün hərəkətə keçib.

Qurum yas yerlərində yemək verilməsinin, irafçılıq hallarının qarşısını almaq üçün müvafiq dövlət qurumlarına müraciət edib.

Qadağaların tətbiqinin ardınca isə Sumqayıtda keçirilən yas mərasimlərindən birində icra nümayəndələri tərəfindən mərasimi təşkil edən mərhumun yaxınlarına 400 AZN pul cəriməsi edilib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Sentyabr, 2014  13:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!