|
• Dünyadaİraq ordu qüvvələri Mosul şəhərinə doğru irəliləməyə başlayıbABŞ Hərbi Hava Qüvvələri İraq ordusu ilə birlikdə İraq Şam İslam Dövləti terror təşkilatına qarşı əməliyyat keçirib.Hərbi əməliyyatlar Ramadı şəhərində və Əl-Ənbar vilayətinin qərb hissəsində həyata keçirilib. Ahlibeyt.az-ın əldə etdiyi məlumata görə ABŞ qırıcı təyyarələrinin İŞİD-in mövqelərini bombardman etməsi nəticəsində 42 terrorçunun öldüyü bildirilir. Məlumatı İraq Müdafiə Nazirliyi təsdiqləyib. Hazırda Mosul, Tiqrit kim böyük şəhərlərdə İraq ordusu ilə İŞİD arasında döyüşlər gedir. Son bir neçə həftədir ki, ABŞ İraq ordusuna havadan dəstək verir. İraq qüvvələrinin İŞİD terrorçu qrupunun mövqeyinə doğru irəliləyişləri, İraqın qərbində terrorçuların məhv edilməsi və İŞİD terrorçu qrupunun İraqın müxtəlif məntəqələrində cinayətlərinin davam etməsi ötən gün ərzində bu ölkə ilə bağlı xəbərlər manşetlərini təşkil edib. Əl-Minar Telekanalının iraqlı komandanlara istinadən verdiyi məlumata əsasən,İraq hərbi qüvvələri kütləvi qüvvələrin əməkdaşlığı ilə ölkənin şərqində yerləşən Diyali vilayəti və Bağdadın şimalında yerləşən Səlahəddin vilayətində bir neçə strategi əhəmiyyətli məntəqəni İŞİD terrorçu qrupunun nəzarətindən çıxardıqdan sonra, ölkənin şərqində yerləşən Neynəva vilayəti xüsusi ilə o vilayətin mərkəzi olan Mosul şəhərinə doğru hərəkətə başlayıblar. Həmin məlumata əsasən, İraq qüvvləri hazırda ölkənin şimalında yerləşən Neynəva vilayətinin şərq hissəsini terrorçuların nəzarəti altından çıxararaq, qarşıdakı saatlar ərzində terrorçu İŞİD qruplaşmasının nəzarətində olan Mosul şəhərinin giriş məntəqəsinin birinin açılması üçün geniş əməliyyatlar icra etmək qərarındadırlar. Məlumatlarda Mosul şəhəri əhalisinin də İŞİD terrorçu qruplarına qarşı səfərbər olmalarından xəbər verib. İraqın müdafiə nazirliyi bildirib ki, ötən gün aviazərbələr nəticəsində İŞİD-in Əl-Anbar vilayətindəki müxtəlif mövqelərinə qarşı ağır zərbələr endirilib, onlarla İŞİD üzvü məhv edilib və bir çox sayda yaralanan və həbs edilənlər var.Qey olunur ki.məhv edilən İŞİD üzvləri əsasən regiondakı ərəb ölkələri vətəndaşlarıdır İraq hərbi qüvvələr komandanı Kərbəla vilayətində İŞİD terrorçu qrupunun rəhbərlərindən olan və partlayıcı quraşdırmaq üçün avtomobil alan şəxs Əbu Əsaf-ın həbsə alınmasından xəbər verib. İraq ordusu və xalq qüvvələrinin İŞİD terrorçu qrupu mövqelərinə qarşı irəliləyişləri ilə eyni zamanda, İraq xəbər qaynaqları bildirir ki, İŞİD üzvləri Kərkükün cənubundakı bəzi hökumət binalarını partladıblar. Kərkük şəhəri rəsmilərindən biri bildirib ki, terrorçular ardı-arası kəsilməyən məğlubiyyətlərdən sonra, Kərkükün cənubunda yerləşən hökumət binalarını və bir neçə yaşayış mənzillərinə bomba qoyaraq dağıdıblar. Xəbər agentliklərinin bildirdiyinə görə, terrorçular son məğlubiyyətlərin ardınca, bir daha vətəndaşlara qarşı kor hücumlar həyata keçirməyə başlayıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2014 19:24 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |