إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səlahəddin Özgündüz: Qarabağın azadlığı uğrunda ilk şəhid olmağa hazıram

Türkiyə-Azərbaycan dərnəyinin İstanbul şöbəsinin açılışı olub

Türkiyə Cəfərilərin lideri Səlahəddin Özgündüz Türkiyənin İstanbul şəhərinin Kadıköy Xalq Təhsil Mərkəzində Türkiyə-Azərbaycan dərnəyinin İstanbul şöbəsinin açılışında çıxış edib.

Çıxışını Peyğəmbəri(s) və pak Əhli-Beytini(ə) salamlamayla başlayan Özgündüz deyib ki, mən çıxışıma 25 il bundan qabaq baş vermiş bir hadisəylə başlamaq istəyirəm. 25 il bundan qabaq xarici konfransların birinin kuluarlarında konfrans iştirakçılarından bir qrup şəxslə "dinimizmi, dilimizmi yoxsa vətənimizmi prioritetdir" deyə qızğın mübahisə edirdik. Əlbəttə mən bir dindar kimi prioritetin dinimiz olduğunu bildirdim. Digərləri dilin yaxud vətənin prioritet olduğunu bildirdilər. Bizim mübahisəmizi qıraqdan bir ağsaqqal professor izləyirdi. Mən ona sizin nəzərinizcə prioritet nədir deyə soruşdum. O cavab verdi ki, hər üçü prioritetdir. Siz əgər bu sualla yunanlara, rumlulara yaxud ruslara müraciət etsəniz sizinlə dava edər. Bu sözləri eşitcək mən dedim ki, mən öz fikrimdən dönürəm və mən də sizin görüşünüzü düzgün görüş hesab edirəm.

Bəli, bizim üçün dinimiz də, dilimiz də, vətənimiz də prioritetdir. Və bu yöndə atdığımız addımlardan da yəqin ki, çoxunuz xəbərdarsınız. 20 yanvar qətliamı zamanı biz Türkiyəni ayağa qaldırdıq. Amma o zamankı prezident ora bizə maraqlı deyil və ora başqa bir ölkədir dedi. Düzdür, sonra görüşünün yanlış olduğunu anlayıb xarici işlər naziri vasitəsilə üzr istədi və bizi razı saldı.

Azərbaycana iki mövzuda tam dəstək verməyi özümüzə borc bilirik. Bunlardan birincisi Qarabağın azad edilməsidir. Bir ovuc ermənin Qarabağımızı işğal etməsi bizim üçün utancverici bir haldır. Biz Qarabağı azadlığı üçün əlimizdən gələni etməliyik. Hətta canımızı belə qurban verməli olsaq bunu etməliyik və mən Qarabağın azad olunması üçün ilk şəhid olmağa hazıram.

İkinci dəstək verməli olduğumuz mövzu budur ki, Azərbaycanda cəfəriliyin qorunmasıdır. Gərək Azərbaycana xaricdən diqtə edilən mədəniyyətin qarşısı alına. Çünki Azərbaycan cəmiyyəti vaxtilə şərqin, qərbin, şimalın və cənubun mədəniyyətlərini nəzərdən keçirmiş Türk dünyasının mədəniyyətini qoruyub saxlamış ən irəlidə gedən cəmiyyətdir. Və heç kəs Dədə Qorqudların, Gəncəvilərin balalarına din öyrətməsin. Çünki Azərbaycana xaricdən din idxalına ehtiyac yoxdur.

Özgündüz çıxışının sonunda Türk dünyasının, ən əsası isə İslam dünyasının vəhdət halında imperialistlərin qarşısında durmasını və işğal altında olan torpaqların azad edilməsini dua edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Sentyabr, 2011  02:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!