|
• DünyadaHəzrəti Muhəmməd(s)in məzarının köçürülməsinin müzakirəyə çıxarılması təkzib olundu
Səudiyyə Ərəbistanı hökuməti tərəfindən Həzrəti Muhəmmədin qəbrinin yerinin dəyişdirilməsi və Məscid i Nəbi (Peyğəmbər Məscidi)kənarına köçürülməsi məsələsinin gündəmə gətirilərək müzakirəyə çıxarılması həqiqətə uyğun deyil. Ahlibeyt.az-ın İslamnews-a istinadən verdiyi xəbərə görə bu barədə "Al-Arabiyya" agentliyi məlumat yaymışdır. Agentlikdəki mənbənin bildirdiyinə görə bu məsələ Britaniyanın "İndependent" və "Daily Mail" agentliklərinin təqdim etdikləri kimi Səudiyyə hakimiyyətinin deyil, bir alim tərəfindən qaldırılaraq "Məscid ul Həram" və "Məscid i Nəbi" İdarə Heyətinə bağlı olan elmi dərgidə bir alim tərəfindən qaldırılaraq dərc olunmuşdur. Qeyd olunur ki, Elmi Şura tərəfindən Peyğəmbər Məscidində yenidənqurma işlərinin müzakirəyə çıxarılması Səudiyyə Ərəbistanı Alimlər Birliyi tərəfindən müsəlmanların ehtiram etdiyi əsas ibadət ocaqlarından olan Məscid ul Nəbinin şimal hissəsinin genişləndirilməsinə dair qəbul olunan qərara bağlıdır. Qeyd edək ki,bir neçə gün əvvəl xəbər agentlikləri məlumat yayaraq bildirmişlər ki, Səudiyyə Ərəbistanında tanınmış akademik və mühəndislərdən biri olan Əli bin Əbdüləziz əş-Şəbbalın Məhəmməd peyğəmbərin (s) məzarının yerinin dəyişdirilməsi ilə bağlı layihəsi müzakirəyə çıxarılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Sentyabr, 2014 13:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |