إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraqda "İslam Dövləti" terror qruplaşmasının mövqelərinə sarsıdıcı zərbələr endirilir

İraqın şimalındakı Əmirli kəndinin mühasirəsini yaran İraq ordusuna yardım edən kürd və şiə silahlıları ölkədəki terrorçu qrupların mövqelərinə qarşı hücumlarını davam etdirirlər.Xəbər agentliklərinin ordunun 30 dan çox yaşayış məntəqəsinin azad olunması barədə məlumat verdikləri bildirilir
Ahlibeyt.az-ın AnsPress-ə istinadən verdiyi məlumata görə, onların müştərək qüvvələri "İslam Dövləti"nin istehkamı sayılan Süleyman Bey şəhərini də nəzarət altına alıb.

Bazar ertəsi Əmirli kəndinə daxil olan BBC jurnalistləri iki aydan artıq mühasirədə qalan sakinlərlə görüşüblər.

Amnesty International İraqın şimalında "İslam Dövləti" tərəfindən etnik təmizləmə kampaniyasının keçirildiyinə dəlalət edən yeni məlumatların əldə olunduğunu bildirib.

"Mənfur cinayətlər törətməkdə olan "İslam Dövləti" qeyri-müsəlman və qeyri-sünni əhalinin kökündən məhv edilməsinə yönələn qəddar kampaniyasında Sincar [şimaldakı region] əyalətinin kənd ərazilərini qanlı qətllər meydanına çevirib”, - hüquq müdafiə təşkilatının nümayəndəsi Donatella Rovera deyib.


BMT “ağlasığmaz miqyasda qeyri-insani əməlləri” araşdırmaq üçün İraqa heyət göndərəcəyini bəyan edib.

Son aylar "İslam Dövləti" İraqın şimalında öz nüfuzunu genişləndirib.

"Cihad"adı altında fəaliyyət göstərən terror qruplarının hücumları nəticəsində minlərlə insan qətlə yetirilib, milyondan artıq dinc sakin evindən didərgin düşüb.

"İslam Dövləti" Əmirlidə müqavimətlə üzləşərkən şəhər sakinlərini ölümlə hədələyib.

Bazar ertəsi şəhərə daxil olan BBC müxbiri Gabriel Gatehouse mühasirənin sona çatmasından sonra ailələrin yenidən bir-birlərinə qovuşmasının şahidi olub.
Regionda "cihadçıların" nəzarətində qalan mövqelər tükmən şəhərilə əlaqəni hələ də əngəlləməkdədir, BBC müxbiri bildirir.

"Düşmənlərimiz geri çəkilir və könüllülər tərəfindən dəstəklənən təhlükəsizlik qüvvələrimiz digər şəhərləri [döyüşçülərdən] təmizləmək üçün irəliləyir”, - İraq hökumətinin sabıq rəhbəri Nuri Maliki bazar ertəsi Əmirliyə baş çəkərkən deyib.

Müxbirlərə əsasən Əmirli əməliyyatı son aylar ərzində kürd və hökumət qüvvələrinin ««İslam Dövləti»»nə qarşı həyata keçirdiyi ən böyük uğurudur.
Kürdlərin peşmərgə qüvvələri bazar ertəsi ələ keçirdikləri Süleyman Bey şəhəri üzərində bayraqlarını qaldırıblar.

AFP agentliyi yaxınlıqdakı Yankaya şəhərinin əhatəyə alındığını və oradakı terrorçuların mövqelərinin şiddətli atəş və bombardmana tutulduğunu xəbər verir.
Yerli döyüşçülər son əməliyyatda hərbi planlaşdırma və silah təchizatı ilə kömək edən İranın rolunu qeyd edirlər.

Əmirli şəhərində 15 minədək şiə türkməni yaşayır. Ötən həftə BMT bildirib ki, şəhərin müdafiəsinin yarılması kütləvi qırğınla nəticələnə bilər.

««İslam Dövləti»» İraq və Suriyada nəzarət etdiyi ərazilərdə vəhşiliklər törətməkdə suçlanır. Cihadçılar şiə türkmənlər kimi azlıqları "mürtəd" hesab edirlər.
Amnesty İnternational avqust ayında Sincarda baş vermiş kütləvi qırğınlara dəlalət edən məlumatlar topladığı bildirib. Ən amansız hücumların 3 və 15 avqustda bölgənin iki kəndində yer aldığı deyilir.

«İslam Dövləti» silahlılarının ələ keçirdiyi kəndlərdən, 12 yaşlı uşaqlarda da daxil olmaqla, kişi və oğlanlardan ibarət bir qrup aparılaraq qətlə yetirilib”- deyə Britaniyada mənzillənən hüquq müdafiəsi qrupu bildirib.

Bazar ertəsi BMT-nin İnsan Hüquqları Şurası ««İslam Dövləti»» tərəfindən törədildiyi deyilən cinayətlərin araşdırılması üçün bölgəyə fövqəladə missiyasını göndərmək qərarına gəlib.

İnsan Hüquqları üzrə BMT Ali Komissarının müavini Flavia Pansieri Şuraya müraciətində "xristian, yezidi, türkmən, şəbək, sabiyə mandeyləri, kakai və şiə icmalarının “məxsusən amansız təqiblərə” məruz qaldığını bildirib.

Yezidilər olduqca qəddar rəftara məruz qalıb. İslamı qəbul etməkdən imtina edən kişilərin edam edildiyi, gənc qızların isə İD döyüşçülərinə kölə şəklində verildiyi bildirilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2014  13:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!