|
• DünyadaSəudiyyə Ərəbistanında Peyğəmbərin (s) məzarının köçürülməsi müzakirəyə çıxarılıbSəudiyyə Ərəbistanında tanınmış akademik və mühəndislərdən biri olan Əli bin Əbdüləziz əş-Şəbbalın Məhəmməd peyğəmbərin (s) məzarının yerinin dəyişdirilməsi ilə bağlı layihəsi müzakirəyə çıxarılıb.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə Misirin “əl-Youm əs-Sabe” agentliyi məlumat yayayaraq bildirmişdir ki,sözügedən layihə Məkkə-Mədinə hərəmlərinin Rəyasət heyəti tərəfindən müzakirə edilib. Mənbənin məlumatına əsasən, Peyğəmbərin (s) məzarının köçürülməsi layihəsi ilə bağlı müzakirələrin nəticəsi hələlik məlum deyil. Bildirək ki, Səudiyyə Ərəbistanının tanınmış alimi İrfan əl-Ülvi bu layihəni təhlükəli addım hesab edib. O, baş tutacağı təqdirdə, bunun dünya müsəlmanları arasında böyük narahatlığa səbəb olacağını bildirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti son illər Məkkə və Mədinədə aparılan yenidənqurma işləri bəhanəsi ilə tarixi-dini abidələrin dağıdılmasına, imam, əshabə və övliyaların məzarlarının sökülməsinə göz yumur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2014 17:19 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |