إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Sadiq Şirazinin saytı məzhəblər arası fitnə yaratmaqda təqsirləndirildi -İran ərazisində sayta giriş bağılandı

İranda Məzhəblər arası fitnə yaratmaqda təqsirli bilinən sayta giriş bağlandı

Ahlibeyti.az-ın ”Shafaqna”-ya istinadən verdiyi xəbərə görə, İran İnformasiya Nazirliyi Ayətullah Sadiq Şirazinin rəsmi saytına ölkədən girişini qadağan edib.

Nazirliyin rəsmi açıqlamasında buna səbəb kimi, “shirazi.ir”in məzhəblər arası fitnəyə səbəb olması, küfr və iftira, islam alimlərinə həqarət və vəhdət həftəsinə qarşı bəraat həftəsi (səhabələrə küfr həftəsi) elan edərək islam məzhəbləri arasında fitnəni qızışdırması, yanlış təbliğ ilə Əhli-beyt məzhəbinə zərər vermək, matəm məclislərində xurafat və zorakılığa təşviq etməsi göstərilib.

Təqribən 20 gün əvvəl  Həsən Allahyarinin “8 TV” adlı kanalı da eyni səbəblər ilə İranda qadağan edilib.

İrandan “shirazi.ir” saytına daxil olmaq istədikə nazirlik tərəfindən hazırlanan aşağıdakı səhifə açılır və girişin qadağan edildiyi bildirilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2014  14:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!