إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Allahşükür Paşazadə Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunub(fotolent)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunub.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, ali mükafatı Tiflisdə səfərdə olan Şeyxülislama Gürcüstan prezidenti Georgi Marqvelaşvili təqdim edib.

Allahşükür Paşazadənin Azərbaycan və Gürcüstan, etnik xalqlar arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə təltif edildiyi bildirilib.

Gürcüstana ikigünlük səfərədə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün Gürcüstanın Patriarx-katalikosu II İlya ilə görüşüb.

Tədbirdə II İlya Hacı Allahşükür Paşazadəni salamlayaraq onu ad günü münasibəti ilə təbrik edib, bütün Qafqaza sülh və əmin-amanlıq arzulayıb: "Elə bir mürəkkəb bir dövrdə yaşayırıq ki, dünya üzündə münaqişələr baş verir, bu barədə ən xüsusi məsuliyyəti din xadimləri daşıyır. Biz də bu məsuliyyəti hiss edir və çalışırıq ki, dünya üzərində savaş baş verməsin. Əminik ki, Qafqazda olan münaqişələr, o cümlədən Qarabağ münaqişəsi sülh yolu ilə həll ediləcək".

Görüşdə çıxış edən QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxışında bütün Gürcüstanın Patriarx-katalikosu II İlya ilə onu bağlayan çoxlu amillər olduğunu bildirib: "Bizi bir-birimizə bağlayan xalqlarımızın, dövlətlərimizin bir-birinə olan yüksək səviyyəsidir. Siz də Qafqazda sülhə nail olmaq üçün çox böyük işlər görmüsünüz. Bu sizin böyüklüyünüzdən irəli gəlib. Bizim dostluğumuz, münasibətimiz dəyişməyib. İllər keçdikcə bu dostluq və qardaşlıq dövr, zaman dəyişdikcə daha da möhkəmlənir. Lakin hansı dövlət, hansı xalq olursa-olsun biz onun dövlətçiliyinə, milli sərvətlərinə hörmətlə yanaşmalıyıq. Bizim bir milyon qaçqınımız var. Qarabağ Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Biz bilirik ki, siz həmişə bu işğala qarşı amansız olubsunuz, həmişə həqiqəti söyləmisiniz. Mən də öz tərəfimdən qondarma Abxaziya və Cənubi Osetiyanı tanımıram. Biz həmişə Gürcüstan xalqına xoşbəxtlik, onun sərhədlərinin bütöv olmasını arzulamışıq".

QMİ sədri Gürcüstanın patriarx-katalikosu II İlyaya Azərbaycan prezidentinin salamlarını  çatdırıb.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov da çıxış edib: "Bizim münasibətlərimiz dini tolerantlığa, həm də iqtisadi-siyasi əsaslara söykənir. Bizim münasibətlərimiz bütün dünyaya nümunədir. Bu siyasət dostluğa, qardaşlığa əsaslanır”.

Tədbirdə Allahşükür Paşazadə II İlyaya, II İlya isə Allahşükür Paşazadəyə hədiyyələrini təqdim edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2014  17:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!