|
• Dünyada"İslam Dövləti" bütün Yaxın Şərq üçün təhlükədir - BMTBMT müşahidəçiləri “İslam Dövləti” (İŞİD) terror təşkilatının nəzarəti altında olan Suriya ərazisində törədilən cinayətlər barədə hesabat dərc ediblər. Ahlibeyt.az-ınSalamnews-a istinadla verdiyi xəbərə görə, BMT ekspertləri tərəfindən yarım il ərzində toplanılan məlumatda silahlıların törətdikləri və uşaqlar daxil olmaqla, nəzarət etdikləri ərazilərdəki yerli sakinləri baxmağa məcbur etdikləri çoxsaylı ictimai edamlar da yer alıb. Belə ki, İŞİD silahlıları tərəfindən bir neçə gün ərzində çarmıxa çəkilmiş qurbanların cəsədləri daha sonra ictimai nümayişə çıxarılır. BMT müşahidəçiləri Suriya hökumət qüvvələrinin törətdikləri vəhşiliklərə - helikopterlərdən “çəllək” adlandırılan bombaların atılmasına, xlor qazının buraxılmasına, xəstəxanaların atəşə tutulmasına, əsgərlərin dinc sakinləri işgəncə ilə öldürmələrinə də şahidlik edirlər. Beynəlxalq təşkilatın hesabatında İraq ərazisində yayılan münaqişənin bütün Yaxın Şərqi əhatə edə biləcəyi barədə yekun nəticə çıxarılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Avqust, 2014 19:14 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |