إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

HƏMAS qalibiyyətini elan etdi - Qəzza müharibəsi bitdi

Fələstinin HƏMAS müqavimət hərəkatının təmsilçisi Sami Əbu-Zöhri   Fələstinlə işğalçı İsrail rejimi arasında uzunmüddətli atəşkəs bağlandığını açıqlayıb. Həmçinin HƏMAS təşkilatı 51 günlük Qəzza müharibəsində qələbə çaldığını bildirmişdir.

Ahlibeyt.az-ın əldə etdiyi məlumata görə HƏMAS sözcüsü Sami Əbu Zuhri mətbuata açıqlamasında bildirib ki, Fələstin müqaviməti ərəb ordularının birləşərək əldə edə bilmədiyi zəfəri 51 gündən sonra əldə edib. "51 günlük müharibədən də qalib çıxdıq. İsrail tələblərimizin əksəriyyətini həyata keçirmək məcburiyyətində qaldı. "Bu gün xalqımızın və Fələstin müqavimətinin qələbəsini elan edirik. Strateji nöqtələri vuraraq, hava limanlarını bağlamağa məcbur edərək, sionist ordusunu yerin altında gizlənməyə məcbur edərək İsrailin təcavüzkar gücünü dəf etdik və bu gücü məhv etdik. Bu qələbə Fələstinin və Qüdsün işğaldan azad olunması üçün yol açdığı üçün də mühüm dəyəri var", - deyə HƏMAS sözcüsü bildirib.

O, İsrail və Fələstin arasında ötən gün baş tutan atəşkəs razılaşmasından sonra keçirilən mətbuat konfransında HƏMAS-ın və qəzzalıların İsrailə qarşı mübarizədə böyük və tarixi zəfər əldə etdiklərini bildirib: “İsrail bizi sudan, qurudan və havadan mühasirəyə aldı. Amma öz vətəndaşları qorxudan evlərini tərk edib qaçmalı oldular. Məğlubedilməz deyilən İsrail ordusu bir daha uduzdu. Bizim mübarizə hərəkatımız bütün ərəb dövlətlərinin ordularının edə bilmədiklərini həyata keçirdi.”

Bildirək ki, İsrail ordusu iyulun 7-dən etibarən su, quru və havadan HƏMAS və Qəzzadakı hərbi briqadaların qərargahlarını, Qəzza komandirlərinin evlərini hədəfə almağa başlayıb. Bu təcavüz nəticəsində həlak olan fələstinlilərin sayı 2130-dan artıq, yaralılar isə 11 nəfərdir. İsrail ordusu bu müddət ərzində 30 min evi və infrastruktur obyektini dağıdıb.

Qeyd edək ki,Mehr xəbər agentliyinin yaydığı xəbərə görə İran Xarici İşlər Nazirliyi (XİN) və "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullah İsrail ordusu qarşısında göstərdiyi iradəli mübarizə və Qəzzanın mühasirəsinin qaldırılmasına görə HƏMAS-ı təbrik ediblər.

İran XİN İsrailin Qəzzaya etdiyi hücumların dayandırılmasında atdığı məcburi addımların tarixi zəfər olduğunu bəyan edib.İran Parlamentinin sədri Əli Laricani İsrailin məcbur qalaraq atəşkəsə boyun əyməsini "qələbələrin qələbəsi" adlandırıb.

"Hizbullah" da öz növbəsində əldə edilən qələbənin yalnız uzunmüddətli səbr və dözümlü mübarizə nəticəsində əldə edildiyini bildirib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Avqust, 2014  12:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!