إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ticani Səmavi: Ayətullah Xamenei təkcə İranın rəhbəri deyil

Tehranda keçirilən İslami Oyanış Konfransında iştirak etmiş Şeyx Ticani Səmavi konfrans barədə öz təəssüratları barədə müsahibə verib

Şeyx Ticani Səmavi bildirib ki, konfrans çox lazımlı və düzgün bir zamanda keçirildi. Beləki, konfrans bölgədə baş verən İslami hərəkatlara düzgün qiymət vermək və onların gələcək addımlarını aydınlaşdırmağa rəvac vermək üçün çox lazımlı bir yığıncaq oldu.

Şeyx Ticani konfransda 700 nəfərdən artıq sünni və şiə siyasi fəallarla tanış olduğunu bildirərək qeyd edib ki, onların hamısını bir yerə cəmləşdirmək çox çətin bir iş idi ki, konfransı təşkil edənlər bunun öhdəsindən gələ bildilər.

Ayətullah Xameneinin konfransda etdiyi çıxışa münasibət bildirən Şeyx Ticani bildirib ki, onun çıxışı gərək qızıl su ilə yazılsın və bütün dünyada nəşr olunsun. Çünki onun çıxışında çox mühüm və xeyirli məqamlara işarə olundu ki, əgər İslam ümməti sağ qalıb vahid və əzəmətli ümmət olmaq istəyirsə, onlara əməl etməlidir.

Ayətullah Xameneini təkcə İranın deyil, bütün dünya müsəlmanlarının rəhbəri hesab etdiyini bildirən Şeyx Ticani bildirib ki, Ayətullah Xamenei çıxışında çox mühüm məqama, baş verən inqilablara dəstək verən imperialist qüvvələrə inanmamağı məsləhət gördü ki, bu çox diqqət edilməli məsələdir.

Şeyx Ticani Səmavi cərəyan edən İslami oyanışın mənfi bir özəlliyinin olduğunu qeyd edərk deyib ki, bu mənfi özəllik həmin bu oyanışa vahid bir rəhbərin başçılıq etməməsidir. O bu hərəkatlara bir rəhbərin gərəkli olduğunu bildirərək deyib ki, mənim nəzərimcə bu vəzifəyə ən layiqli namizəd Ayətullah Xamenei ola bilər. Çünki bu hərəkata yalnız fəqih və Allahdan qorxan bir şəxs rəhbərlik edə bilər ki, ən gözəl namizəd Ayətullah Xameneidir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2011  17:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!