|
• Dünyadaİngiltərədən sonra Fransa da İrandan İŞİD-ə qarşı kömək istədi - İran şərt qoyduFransa xarici işlər naziri Loran Fabius ölkə parlamentində çıxışı zamanı İran da daxil olmaqla Yaxın Şərqin bəzi ölkələrini BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə birlikdə İŞİD-ə qarşı əməliyyatlar aparmağa çağırıb.
Ahlibeyt.az-ın Birlik.az-istinadən verdiyi xəbərə görə nazir çıxışı zamanı prezident Fransua Ollandın İŞİD-ə qarşı beynəlxalq konfransın keçirilməsi istəyini də qeyd edib.
Qeyd edək ki, İngiltərə də İŞİD terror təşkilatı ilə mübarizədə İrandan kömək istəyib.
Bu arada İran isə İŞİD-ə qarşı beynəlxalq hərəkata qoşulmağın şərtlərini açıqlayıb. Belə ki rəsmi Tehran Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaları qaldıracağı təqdirdə, İraqda “İslam Dövləti”nə qarşı beynəlxalq hərəkata qoşulmağa hazır olduğunu bəyan edib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif fransalı həmkarının çağırışına cavab olaraq bunları deyib:
“Biz İraqda nələrsə etməyə razılaşsaq, bunun qarşılığında müzakirələrdə dəyişikliklər olmalı, İranın nüvə proqramı ilə əlaqədar bütün sanksiyalar aradan qaldırılmalıdır” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Avqust, 2014 12:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |