إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bəhreyn xalqının məzlumiyyəti davam edir

Son bir neçə gündə əksəriyyəti qadın olmaqla onlarla bəhreynli həbs olunub.

Bəhreyn xalqının fevral ayından ölkədə islahatlar keçirilməlidir şüarları ilə keçirdikləri dinc aksiyalarını 40 ildən artıq Bəhreynin hakimiyyətini əlində saxlayan Ali Xəlifə rejimi tərəfindən amansızcasına dağıdılmaqdadır. Onlarla bəhreynli aksiyalarda iştirak etdiklərinə görə həbs edilir, ən yaxşı halda isə iş yerlərindən və yaxud təhsil aldıqları universitetlərdən qovulurlar. Onların gedib-gəldikləri məscid və hüseyniyələr viran edilir. Ali Xəlifə rejimi bu cinayətlərini vahhabi rejimi olan Ali Səud rejiminin kömək üçün Bəhreynə göndərdiyi ordusu ilə birgə həyata keçirməkdədir. Amma bütün bunlara baxmayaraq Bəhreyn xalqının fevral ayından başlanan siyasi hərəkatı davam etməkdədir.

25 sentyabr tarixində Bəhreyn şiələrinin ən böyük siyasi qüvvəsi olan "əl-Vəfaq" partiyasının rejimin bu cinayətlərinə etiraz əlaməti olaraq tərk etdikləri parlament kürsülərinə yenidən seçkilər keçirildi. Rejim seçkilərin baş tutduğunu bildirsə də "əl-Vəfaq" partiyası seçkilərdə 10%-də az adamın iştirak etdiyini sübut edən sənədləri mətbuata təqdim edib. Və həqiqətdə də belədir. Çünki əhalisinin 80%-i şiə olan Bəhreyn xalqı bu seçkiləri boykot etdi və seçkilərin keçirilməsindən bir neçə gün qabaq başlayaraq dinc aksiyalarını davam etdirməyə başladı. Onlar artıq iki dəfə Bəhreyn paytaxtında keçirdikləri aksiya zamanı şəhərin avtomobil yolarını iflic vəziyyətinə salıblar. Fevral ayında olduğu kimi yenidən paytaxtda yerləşən "Lu-Lu"(Mərcan) meydanını ələ keçirmək istəyən bəhreynlilər silahlı müqavimətlə rastlaşaraq amansızcasına döyülərək geri çəkilməli olublar. Digər şəhərlərdə də etiraz aksiyaları keçirən bəhreynlilər rejimin silahlı qüvvələri tərəfindən amansızcasına dağıdılıb, aksiya keçirilən məhəllələrdə evlər və məscidlər atəşə verilib və əksəriyyəti qadın olmaqla onlarla şəxs həbs olunub.

Bu gündən başlayaraq Bəhreyn elmi hövzələri qadınların həbs olunmasına etiraz olaraq tətillərə başlayıblar.

Bəhreyn kralı vəziyyətin gərginləşməsi səbəbindən Səudiyyə Ərəbistanına səfər edib.

Bu xəbəri yazarkən Bəhreyndən verilən son məlumatlar bir daha sübut etdi ki, Bəhreyn xalqının məzlumiyyəti davam etməkdədir. Beləki, xəbərdə bildirilir ki, Bəhreyn məhkəmələri bu gün dinc aksiyalarda iştirak edən 32 nəfəri 15 illik həbs cəzasına məhkum edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2011  03:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!