إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“İslam Dövləti” terrorçu təşkilatı Qərbə və ərəb dünyasına müharibə elan edib

Ahlibeyt.az Salamnews-a istinadla verdiyi xəbərə görə, bunu Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib.

Onun sözlərinə əsasən, İŞİD tərəfindən ələ keçirilən İraq və Suriya ərazilərində xilafətin yaranması Qərb və dünya üçün təhlükə törədəcək: “Heç bir şübhə yoxdur ki, bu "dövlət" Qərb ölkələrinə hücum üçün baza rolu oynayacaq. Hazırda İŞİD ərəb dövlətləri, ənənəvi müsəlman icmaları və Qərbə qarşı müharibə aparır. Ona görə də biz İŞİD-ə münasibətdə bu vəziyyəti nəzərə alaraq, çıxış etməliyik.”

Britaniyalı XİN rəhbəri sözügedən təşkilatın tərkibində Britaniya və digər Avropa ölkələrindən olanların öz ölkələrinə qayıtdıqdan sonra təhlükəli fəaliyyət həyata keçirə biləcəklərindən narahatdır: “Biz İŞİD-i məğlub etsək belə, bu təşkilatın tərkibində döyüşən Britaniyadan və digər Avropa İttifaqı ölkələrindən olan silahlılar vətənlərinə qayıtdıqdan sonra milli təhlükəsizlik üçün böyük təhlükə törədə bilərlər. Biz bu insanların öz evlərində - Avropa İttifaqı, Avstraliya, ABŞ və ərəb dövlətlərində silahlı mübarizəni davam etdirəcəklərini istisna etmir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Avqust, 2014  19:15 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!