إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriyada daha bir təkfirçi qruplaşma üzvü olan azərbaycanlı öldürülüb

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi  məlumata görə, öldürülən azərbaycanlı “İslam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan Masallı rayonu Ərkivan kənd sakini Mustafayev Ramil Davud oğludur.

 

O, bir neçə gün əvvəl Zərdab rayon sakini Ramiz Ağasəf oğlu Abdullayevlə birgə öldürülüb.

 

Xatırladaq ki, iki gün əvvəl R. Abdullayevin Suriyada öldürülməsi barədə məlumat yayıb.

 

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə yüzlərlə azərbaycanlı həyatını itirib.

 

Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Avqust, 2014  19:12 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!