إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlmanlar Mərkəzi Afrika Respublikasının parçalanmasına qərar verdi

ərkəzi Afrika Respublikasında yeni dövlət elan edilib

Mərkəzi Afrika Respublikasının sabiq prezidenti  Mişel Cotodia liderliyində olan müsəlman “Seleka” koalisiyası paytaxt Banqidən 800 kilometr uzaqlıqda Vakaqa bölgəsində müstəqil dövlət qurduqlarını elan edib.

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə bu barədə  təşkilatın sədr köməkçisi Nurəddin Adəm açıqlama yayıb. Yeni dövlətin paytaxtı Birao şəhəri seçilib və hökumət 12 nazirdən ibarətdir. Nurəddin Adəm milli müdafiə və təhlükəsizlik naziri postuna gətirilib.

MAR-da müsəlmanlar tərəfindən elan edilən dövlətin “Əl-Qaidə” və ya “İŞİD” kimi teokratik dövlət məqsədli olmadığı, etnik və məzhəbi terrorçuluğa qarşı olduğu, müstəqilliyin əsas məqsədinin yüz minlərlə müsəlmanı etnik təmizlikdək qorumaq, can və mal təhlükəsizliyinin təmin etmək olduğu bildirilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Avqust, 2014  15:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!