|
• Dünyada“İslam Dövləti” Suriya məktəblərində kimya və fəlsəfənin tədrisini qadağan edibSuriyanın “İslam Dövləti” (İŞİD) terror təşkilatı silahlılarının nəzarətində olan Rəkka şəhərindəki məktəblərdə kimya və fəlsəfə fənlərinin tədrisi qadağan edilib.
Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Hüquqlarını Müşahidə Qrupu məlumat verib. Məlumata əsasən, kimya və fəlsəfənin tədris proqramından çıxarılması bu elm sahələrinin "Allah qanunlarına uyğun olmamaları” ilə əsaslandırılıb. Bundan başqa, İŞİD silahlıları bəzi məktəblərdə dərslərin Suriya hökuməti tərəfindən qəbul edilmiş təhsil proqramına əsasən keçirilməsi ilə əlaqədar olaraq, əyalətdə bir sıra məktəbləri bağlayıblar. İŞİD Rəkka məktəblərinin müəllim və direktorlarını Təşkilat tərəfindən təyin ediləcək xüsusi komissiya tərəfindən təsdiqlənmiş “İslam təhsil sistemi” hazırlamağa çağırıb. Təşkilatın məqsədi "Müsəlman təhsil planı” hazırlamaqdır. İŞİD üzvləri Təşkilatın nəzarəti altında olan ərazilərdə bu plan əsasında təhsil prosesini qurmaq niyyətindədirlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Avqust, 2014 12:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |