|
• Dünyada"İslam Dövləti" döyüşçüləri İraqda daha bir məscidi partladıblar"İslam Dövləti" (İŞİD) terror təşkilatının üzvləri İraqın Cəlaula rayonunda şiələrə məxsus kiçik məscidi partladıblar, onun müəzzinini isə güllələyiblər.
Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, bu barədə paytaxt Bağdadın şimal-şərqində yerləşən Diyala əyalətinin polis rəsmisi məlumat verib. Onun sözlərinə əsasən, təkfirçilər əvvəlcə müəzzini tutublar, sonra məscidi havaya uçurublar, daha sonra isə onu məbədin qarşısında güllələyiblər. Rayonun Seyid Əhməd kəndinə basqın edən radikallar burada altı polis məmurunu da qətlə yetiriblər. Faktı şahidlər də təsdiqləyib. Xatırladaq ki, terrorçular sözügedən rayonu dörd gün əvvəl kürdlərin "Beşmərkə" qüvvələrinin döyüşçüləri ilə toqquşmada ələ keçiriblər. Qarşıdurmada 10 kürd döyüşçüsü həlak olduqdan sonra "Beşmərkə" geri çəkilməyə məcbur olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Avqust, 2014 12:38 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |