16 Avqust, 2014
"İslam Dövləti" döyüşçüləri İraqda daha bir məscidi partladıblar

"İslam Dövləti" (İŞİD) terror təşkilatının üzvləri İraqın Cəlaula rayonunda şiələrə məxsus kiçik məscidi partladıblar, onun müəzzinini isə güllələyiblər.

 

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, bu barədə paytaxt Bağdadın şimal-şərqində yerləşən Diyala əyalətinin polis rəsmisi məlumat verib.

Onun sözlərinə əsasən, təkfirçilər əvvəlcə müəzzini tutublar, sonra məscidi havaya uçurublar, daha sonra isə onu məbədin qarşısında güllələyiblər.

Rayonun Seyid Əhməd kəndinə basqın edən radikallar burada altı polis məmurunu da qətlə yetiriblər. Faktı şahidlər də təsdiqləyib.

Xatırladaq ki, terrorçular sözügedən rayonu dörd gün əvvəl kürdlərin "Beşmərkə" qüvvələrinin döyüşçüləri ilə toqquşmada ələ keçiriblər. Qarşıdurmada 10 kürd döyüşçüsü həlak olduqdan sonra "Beşmərkə" geri çəkilməyə məcbur olub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2367.html