|
• DünyadaYəmən prezidenti "əl-Qaidə"yə qarşı müharibə elan edibYəmən prezidenti Əbd-Rəbbu Mənsur Hadi ölkə ərazisində fəaliyyət göstərən “əl-Qaidə” terror təşkilatına qarşı qətiyyətli müharibənin başlanması barədə qərar verib. Ahıibeyt.az-ın Salamnews agentliyinə istinadla verdiyi xəbərə görə, Yəmən hökuməti bu qərara terrorçuların ötən həftə 14 yerli əsgəri əsir alaraq qətlə yetirmələrindən sonra gəlib. “Bizim şeytan qüvvələri, terrorizm, satqınlar, xainlər və sabotajla müharibəmiz ədalətli müharibədir.”, - Əbd-Rəbbu Mənsur Hadi “Səba” dövlət xəbər agentliyinə müsahibəsində bildirib. Yəmənin dövlət başçısı müsahibəsində əlavə edib ki, həm ictimaiyyət, həm də hökumət bu məsələdə səfərbər olmalıdır. Çünki bu cinayətkar qrupun əməlləri hər kəsə məlumdur. Xatırladaq ki, ötən cümə günü Yəmənin şərqində ailəsinə baş çəkməyə gedən 14 əsgər silahlılar tərəfindən avtobusdan düşürülərək güllələnib. Terror aktı ilə bağlı məsuliyyəti “əl-Qaidə”yə bağlılığı ilə tanınan “Ənsar əl-Şəriyyə” qruplaşması üzərinə götürüb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Avqust, 2014 13:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |