إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bir neçə Afrika əhalisinə Həcc vizası verilməyəcək

Səudiyyə Ərəbistanı Syerra-leone, Liberiya və Qvineyada Ebola xəstəliyinin yayılması ilə bağlı bu ölkələrin vətəndaşlarına Həcc ziyarəti üçün viza verməməyi qərara alıb.


Ahlibeyt.az-ın Ansar.ru-ya istinadən verdiyi xəbərə görə, Krallığın Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkənin bütün liman və aeroportlarına cəlb edilən mütəxəssislər ölkəyə daxil olan əcnəbilərdə bu qorxulu xəstəliyin simptomlarını müəyyən etməyə hazırdır.
Səudiyyə Ərəbistanında indiyədək Ebola xəstəliyinə bir yoluxma halı qeydə alınıb. Syerra-Leoneyə səfəri zamanı yoluxan bu şəxs Ciddə şəhərindəki xüsusiləşdirilmiş xəstəxanada ətraf mühitdən tam  təcrid edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Avqust, 2014  11:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!