إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Elşad İskəndərov israilli gənclərlə Qəza üçün kampaniyaya başladı

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İKGF) bu gündən etibarən Qəzza probleminə dair həssasiyyətin ifadəsi olaraq `Vicdan naminə 4 addım` sosial media kampaniyasına start verir

Ahlibeyt.az-ın   Maide.az-a istinadən verdiyi xəbərə görə bu barədə Anadolu Xəbər Agentliyi məlumat yayımlamışdır. Kampaniyanın təqdimatı İƏT üzv ölkələrinin İstanbuldakı diplomatik təmsilçilərinə verilən iftar proqramında reallaşdırılıb. Təqdimatda İKGF İdarə Heyəti tərəfindən 2 gün əvvəl qəbul edilən qərarını açıqlayan İKGF Baş Katibi Elşad İskəndərov kampaniyanın sosial media vasitəsi ilə İsrailli gənclərlə əlaqə yaratmağı və Qəzzaya hücumların bəşər vicdanını zədələdiyi haqqında onlarda həssasiyyət oyandırmağı hədəflədiyini qeyd etdi. Kampaniyanın müraciət məktubu To Israeli Peer (İsrailli həmyaşıdıma) haştaqı ilə yayımlanır. Təşəbbüs haqda məlumat artıq Türkiyənin Sabah, Star , TRThaber kimi aparıcı medialarında yer alıb.

İsrailin Qəzzanı hədəf aldığı hücumlarında günahsız insanların öldüyünü ifadə edən E.İskəndərovun sözlərinə görə Qəzzadakı hadisələr eyni zamanda dinlər və mədəniyyətlər arasında nifrətin artmasına səbəb olmaqda, Forum tərəfindən aparılan araşdırmaların da təsdiqlədiyi kimi, müsəlman ölkələrdə gənclər arasında radikalizmə yol açmaqdadır. Bu baxımdan Facebook, Twitter ve Instagram kimi sosial media vasitələri ilə həyata keçiriləcək kampaniya dünya ictimaiyyətinin diqqətini Fələstin probleminə yönəltməklə yanaşı Qəzzadakı hadisələrin dinlər və mədəniyyətlər arasında nifrət münaqişələrinin qarşısının alınması ilə bölgədə təcili və davamlı atəşkəsin bərqərar olunmasına təsir edəcəkdir.

Başda Fələstin olmaqla dünyada baş verən digər problemlərə də gənclərin mərkəzli həll yolu axtarışında olduqlarını qeyd edən İskəndərov “Davamlı sülh, yaşanıla bilən çevrə” prinsipi ilə hərəkət etdiklərini ifadə etdi. Bunun üçün kampaniya İƏT ölkələrilə yanaşı bütün dinlərdən və inanclardan olan gənclərə səslənəcəkdir. Eyni zamanda İKGF kampaniya çərçivəsində həm regional beynəlxalq gənclər təşkilatları həm də İƏT-ə üzv ölkələrin müvafiq qurumlarına müraciət edərək gəncləri kampaniyada iştiraka səsləyəcəkdir.

Kampaniya İƏT-in və BMT İnsan Hüquqları Komissiyasının müvafiq qərarları və çağırışları istiqamətində İslam Konfransı Gənclər Forumu tərəfindən həyata keçirilir. Hədəf kütləsi israilli gənclər olan kampaniyanın məqsədi ən az 200 min israilli gənclə əlaqə yaradılması, tarixdə özlərinin yaşadıqları sivil qətliamların bu gün Fələstin xalqına tətbiq edildiyinin onlara göstərilməsi, beləliklə də cəmiyyətdə həssasiyyətin oyandırılması və atəşkəs çagrılarının dəstəklənməsidir.  Sosial mediada #ToIsraeliPeer haştaqı ilə paylaşılacaq “israilli həmyaşıdıma məktub” vasitəsilə israilli gənclərdən özlərini fələstinlilərin yerinə qoymalarının istəniləcəyi və Qəzzada baş verən qeyri-humanist hücumların sona yetirilməsi, habelə təcili surətdə silahların susması çağrısı etməyə dəvət olunacaqları qeyd edildi.

İslam Konfransı Gənclər Forumu tərəfindən başladılan kampaniyada :

https://www.facebook.com/hashtag/toisraelipeer linki ilə iştirak etmək mümkündür.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2014  20:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!