|
• DünyadaGürcüstan həbsxanalarında müsəlmanlar üçün dini ibadət otaqları yaradılacaqGürcüstan həbsxanalarında müsəlmanlar üçün dini ibadət otaqları yaradılacaq - BGMİ sədriBütün Gürcüstan Müsəlmanları İdarəsi (BGMİ) Ramazan ayında orada yaşayan azərbaycanlıların və müsəlmanların olduğu həbsxanalarda dini tədbirlər həyata keçirib. Ahlibeyt.az-ın salamnews-aistinadən verdiyi xəbərə görə Bütün Gürcüstanın şeyxi Hacı Ramin İgidov və Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev ilə birgə Barışıq və Vətandaş Bərabərliyi üzrə Gürcüstan Dövlət Nazirinin Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi Zaur Darğallı da iştirak ediblər. Onlar məhbuslara söhbət edib, suallarını cavablandırıb, təkliflərini eşidiblər. Görüşlər sonrası həbsxanaların müdiri ilə görüşən din rəhbərləri və nazir müşaviri birgə layihələr ətrafında fikir mübadiləsi aparıblar. Həbsxana müdirləri öncədən proqramlaşdırılmış vaxtlarda İdarə tərəfindən din xadimlərinin gəlib təlim proqramı aparmasına və Ramazan kimi dini bayramlarda geniş bayram süfrəsinin təşkilinə şərait yaradacaqlarına söz veriblər. Məhbusların istəyi və din rəhbərlərinin təklifi ilə qadınlara aid həbsxanalarda inanclı müsəlmanlar üçün dini ibadət otaqının yaradılmasına yaxın günlərdə imkan verəcəklərini bildiriblər. Görüşlərin sonunda BGMİ tərəfindən aparılan, üç dildə Qurani-Kərim xeyli sayda dini jurnal və kitablar, namaz xalçaları, təsbeh, fəs və Ramazan payı münasibəti ilə şirniyyatlar məhbuslara təqdim olunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2014 17:07 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |