إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə kralı ilə Bəqi qəbirstanlığı ilə bağlı razılıq əldə etmişdik

İranın Məsləhət Şurasının sədri Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani Mədinə şiələrinin rəhbəri mərhum Əllamə Amirinin oğlu Hüccətül-İslam vəl-müslimin Kazim əl-Amirini qəbul edib.

Görüşdə Hüccətül-İslam Kazim əl-Amiri Səudiyyə Ərəbistanı şiələrinin vəziyyəti barədə açıqlama verib və bildirib ki, sizin Səudiyyə Ərəbistanı rəhbərlərilə görüşləriniz sayəsində biz Səudiyyə şiələrinin vəziyyətləri nisbətən yaxşılaşıb. Kazim əl-Amiri deyib ki, mərhum atamın sizəçox böyük hörməti var id. Ondan başqa bütün Səudiyyə şiələrinin sizə çox böyük hörmətləri var və sizə öz mənəvi ataları kimi baxırlar.

Ayətullah Rəfsənani Səudiyyə Ərəbistanı vəzifəli şəxslərinin Məkkə və Mədinə zəvvarlarının təhlükəsizliyini və asayişinin təmin olunmasına zamin olduqlarını bildirərək deyib ki, Səudiyyə rəsmilərindən şiə zəvvarlara və Səudiyyə şiələrinə xidmət göstərmələrinin və asayişlərininin təmin olunmalarını intizarındayıq.

Səudiyyə Ərəbistanına etdiyi səfərlər zamanı kral və dövlət rəsmilərilə bir sıra razılıqlara, o cümlədən, Bəqi Qəbirstanlığının zəvvarlarının Bəqini ziyarət etmələrinə şəraitlər yaradılacağı barədə razılığa gəldiklərini deyən Ayətullah Rəfsəncani Səudiyyə hökümətinin Bəqi İmamlarının(ə) qəbirləri barədə siyasətlərini dəyişəcəklərinə ümidvar olduğunu bildirib.

Sonda Hüccətül-İslam vəl-müslimin Kazim əl-Amiri Ayətullah Rəfsəncanini bir daha müqəddəs Mədinə şəhərində görmək istədiklərini bildirib və deyib ki, sizin Səudiyyədə hüzurunuz Səudiyyə şiələri üçün həmişə xeyir və bərəkət nəsib etmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Sentyabr, 2011  00:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!