إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dünyada baş verən zülm və cinayətlərin əksəriyyətinin səbəbi dünyaya məhəbbətdir

Ayətullahul-Üzma Seyyid Ələvi Gürgani Azərbaycandan olan zəvvarlarla görüşüb

Bu gün günortadan sonra mərcei-təqlid Ayətullah Seyyid Ələvi Gürgan Azərbaycan zəvvarları ilə görüşüb və onlara bir neçə kəlmə nəsihət və tövsiyyələrini çatdırıb.

Ayətullah Gürgani deyib ki, insanlar gərək həyatlarınında bütün işləri Allaha xatir edələr ki, müvəffəqiyyət qazanalar.

Azərbaycan zəvvarlarının Qumu ziyarət etdikdən sonra Kərbəlaya yola düşəcəklərini eşidən Ayətullah Gürgani onlara Kərbəla ziyarətindən maksimum istifadə etməyi tövsiyyə edib.

Ayətullah Gürgani Kərbəla ziyarəti barədə deyib ki, insanın gözü İmam Hüseynin(ə) barigahına sataşan zaman Bəni Üməyyənin(l) İmam Hüseynə(ə) və əshabına etdiyi zülmlər insanın yadına düşür.

İnsan şəxsiyyətinin meyarının haqq olduğunu bildirən mərcei-təqlid bildirib ki, həmişə haqqın ardınca gedin və batildən uzaq olun. Çünki səadət əldə etmək üçün gərək haqqa bağlı olasan.

İmam Hüseyn(ə) qiyamından digərlərinin haqqına təcavüz etməməyi öyrənirik deyən Ayətullah Gürgani deyib ki, digərlərinə zülm etmək dünyapərəstlərin işidir. O deyib ki, dünyada baş verən cinayətlərin əksəriyyətinin səbəbi bu cinayəti edənlərin dünyaya olan məhəbbətləridir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Sentyabr, 2011  23:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!