إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Iranın ali dini lideri İsraillə mübarizəni davam etdirməyə çağırıb

“Bu vəhşi rejimlə mübarizə İordan çayının qərb sahilinə də sirayət etməlidir.”

Ahlibeyt.az-ın İrna agentliyinə  istinadla verdiyi xəbərə görə, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Xamneyi deyib.

O, Tehranda ölkənin universitet tələbləri ilə görüşü zamanı Qəzzada baş verənlərdən söz açaraq, İsraili kəskin tənqid atəşinə tutub: “İnsan təsəvvürünə sığmayan bu cinayətlər, vəhşi və körpə qatili olan bir rejiminin həqiqi zatı simasıdır ki, bunun yeganə əlacı onun məhv olmasıdır. Əlbəttə, bunun üçün fələstinlilərin silahlı mübarizəsi İordan çayının qərb sahilinə də sirayət etməlidir.

Ali Dini Lider çıxışının davamında qeyd edib ki, İsrailn məhv olması bu məntəqədəki yəhudi xalqının məhv olması mənasını daşmır, bu iş üçün məntiq və lazımı üsullar mövcuddur ki, İran İslam Respublikası onu beynəlxalq ictmaiyyətə təqdim edib. Həmin Çərçivəyə əsasən, bu bölgədə yaşayan xalqlar, bu məntəqənin sakindirlər və oraya aiddirlər və  onların bir referendum keçirərək öz hökumətlərini seçməsi ilə  qəsbkar və  qondarma rejim məhv olacaqdır.Qəzzədə baş verənlər, açıq və aydın şəkildə zorakı siyasətin göstəricisidir. Bu saxtakar və qeyri-qanuni rejim özünün 66 illik ömründə həmişə bu işlərə əl atıb və iftixar da edib. Bundan əlavə, ABŞ-ın və Qərbin siyonist rejiminin cinayətlərini biabırçı şəkildə müdafiə etməsi, bizim Qərb dünyasına baxışımız üçün mühüm təcrübə olmalıdır. ABŞ-ın əsl siması elə budur.”

Həzrət Ayətullah əl-üzma Xamenei Sioinstlərin atəşkəsin bərqərar olunması üçün cəhdlərinə toxunaraq açıqlayıblar: Bəşərin təsəvvür və təfəkküründən xaric həddə cinayət edən bir rejimin, fələstinlilərin güclü müqavimətləri nəticəsində çarəsi kəsilib və çıxış yolu ardıncadır və bu isə göstərir ki, sionitlər yalnız zor və güc dilini anlayırlar.

O Qəzzə xalqına siyasi dəstəyin verilməsini müsəlman və qeyri-müsəlman xalqların borcu hesab edərək qey edib ki, İnşallah Ümumdünya Qüds günündə, dünya İran xalqının əzəmtli daşıb – coşacağını görəcəklər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyul, 2014  11:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!