إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani təkfirçilərlə bağlı xəbərdarlıq bəyanatı yayıblar

İslam dünyasının iki böyük alimi, təqlid mərcələri təkfirçilərlə bağlı xəbərdarlıq edib
Ahlibeyt.az -ın İslamazəri-yə istinadən verdiyi xəbərə görə, təqlid mərcələri Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani təkfirçilərlə bağlı xəbərdarlıq bəyanatı yayıblar.

Ayətullah Məkarim Şirazinin bəyanatında deyilir: “Bu gün İslam tarixinin 1400 illik tarixində ən böhranlı vəziyyət yaranıb. Bütün İslam ölkələrində müsəlman qardaşlar arasında müharibə odu alovlanıb. Bu hərəkətlərin mənbəyi cahillik, məğrurluq və İslam düşmənlərinin göstərişləri həyata keçirilir.

Hazırki şəraitdə müsəlmanların, o cümlədən müsəlman uşaqların qanı İraq və Suriya kimi ölkələrdə zahirdə müsəlman olan şəxslər tərəfindən tökülür. İslamın tarixi abidələri, evlər, İslam cəmiyyətlərinin mərkəzləri dağıdılır. Onlar (İslam düşmənləri) Suriya və İraq kimi ölkələri parçalamaqla, özləri üçün kiçik və nökər ölkələr yaratmaq istəyirlər. Bu gün İslam düşmənləri müsəlmanları bir-birinin canına salıb, kənardan tamaşa edirlər və özləri üçün rahat həyat tərzi sürürlər. ABŞ və Avropa ölkələri bəzi müsəlman ölkələrin cibindən müsəlmanları qırmaq üçün pul xərcləyirlər. Belə bir şəraitdə müsəlman alimlər ayıq olmalı və İslam dünyasını təkfirçilərin təhlükəsindən xəbərdar etməlidirlər!”

Təkfirçilərin Qərb ölkələrinin muzdlu əsgərləri olduğunu bildirən Ayətullah Cəfər Sübhani deyib: “Bu gün təkfirçilər İslam və müsəlmanlara zərbə vurmaq və onlar arasında ixtilaf yaradıb qan tökmək üçün çalışırlar. Təkfirçilik İslam Peyğəmbəri (s) dövründə yaranıb və Allahın Rəsulunun (s) dövründəki təkfirçiliklə hazırki dövrdəki təkfirçilik bir-birindən fərqlidir. İslamın ilk günlərində təkfirçilər cahil və nadan insanlar idilər və düşünürdülər ki, onların seçdikləri yol haqq yoldur və bu düşüncə ilə digər müsəlmanlarla müharibə edirdilər. Lakin bu gün təkfirçilər iman və inanclarına görə deyil, Qərb ölkələrinin bir başa göstərişi ilə digər müsəlmanlarla müharibə edirlər. Belə olduğu halda İslam dünyasının alimləri və ziyalıları ayıq olmalı və bu təhlükəli cərəyanın qarşısında dayanmalıdırlar!”

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyul, 2014  19:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!