إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İraq ordusu Tikrit şəhərini təkfirçi İŞİD terrorçularından tamamən təmizədi

Əl-İraqiyyə kanalının bildirdiyinə görə İraq silahlı qüvvələri ölkənin müxtəlif bölgələrində terrorçu qruplara qarşı hərbi əməliyyatlar həyata keçirərək sonda Tikrit şəhərini keçmiş Səddam hökumətinin BƏƏS partiyası mənsublarından və təkfirçi İŞİD qruplaşmasına mənsub terrorçulardan tamamən təmizləmişlər.

Ahlibeyt.az-ın Shafaqnaya istinadən verdiyi xəbərdə bildirilir ki,Tikrit şəhəri İŞİD terrorçularından tamamən təmizlənmiş və şəhər İraq ordu birləşmələrinın tam nəzarətinə keçmişdir.

İraq HHQ(Hərbi Hava Qüvvələri)nin endirdiyi aviazərbələr nəticəsində 20 terrorist məhv edilmişdir.İraqın şərqində yerləşən Diyala əyaləti Cəlulə şəhər valisi də bu xəbərləri təsdiqləyərək Tikritin azad olunması və şəhəri tərk edən əhalinin geri dönününün başlanmasını bildirmişdir.

Verilən xəbərdə bildirilir ki,İraq Milli İnformasiya mərkəzi xəbər yayaraq hava Qüvvələrinin Mosulda həyata keçirdiyi əməliyyatlar zamanı Eynil Cahş bölgəsində 30 silahlının məhv edilməsini eyni zamanda öldürülənlər arasında İŞİD-ə mənsub komandirlərin Yusuf Hamit əl Moili və Musab əl-Liyibinin də olduğunu bildirmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyul, 2014  19:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!