إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İstanbulda məscid yandırılmazdan öncə polisə xəbər verilibmiş

Xəbər verildiyi kimi İstanbulun Esenyurt məntəqəsində Əhli-beyt (ə) tərəfdarlarının məscidlərindən olan "Muhammediyye" məscidi yandırılıb.

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə Türk xəbər agentliklərinin yaydığı məlumatlarda bildirilir ki,10 gün öncə sələfi olduğunu iddia edən şəxs məscidə daxil olaraq Əhli-beyt (ə) tərəfdarlarını və xüsusən də məscidin imamı Həmzə Aydını hədələyərək deyib ki, "məscidi lazım olsa yandıracağıq, şəriət qaydalarını icra edəcəyik, siz daşa-torpağa ibadət edən şəxsləri öldürəcəyik."

Bu cür hədələr səsləndirən şəxs məsciddən çıxaraq səsini daha da ucaldaraq, təhdidlərini davam etdirib.

Bununla bağlı məscidin səlahiyyətli şəxsləri İstanbul polisinə məlumat verib və məscidin təhlükə altında olduğunu bildiriblər. Lakin polis tərəfindən hər hansı bir addım atılmayıb və məscidin təhlükəsizliyi təmin edilməyib.

10 gündən sonra isə sübh azanına yaxın vaxtda cinayətkar şəxslər məscidin arxa tərəfindən daxil olub molotof kokteylləri ataraq məscidin bir neçə hissəsini yandırıblar. Yandırılan yerlərdən biri də məscidin axundu Həmzə Aydının ofisidir. Ofisdə olan kitablar da yanıb.

Məscid alovlanandan sonra əraziyə yanğınsöndürənlər gələrək məscidin tam yanmasının qarşısını ala biliblər.

Esenyurt polis idarəsinin rəhbəri məscidə gələrək istintaq başladıldığını və 10 gün öncə verilən ifadənin də dəyərləndiriləcəyini bildirib.

Eyni məntəqədə 1 ay ərzində artıq ikinci məscid yandırılsa da, hökumət tərəfindən hər hansı təhlükəsizlik tədbirləri görülməyib.

Bu gün Türkiyənin şiə alimləri toplanaraq mətbuat konfransı keçiriblər. İslam alimləri konfransda bildiriblər ki, bu gün məscid yandıranlar dünən "Kəbə evini dağıdacağıq" deyənlərdir. Məscid heç bir müsəlman tərəfindən yandırıla bilməz. Məscid sionist və imperialist kuklaları tərəfindən yandırılıb.

CHP millət vəkili Aykan Erdemir mətbuata açıqlamasında bildirib ki, AKP hakimiyyəti Cəfərilərə qarşı olan hücumlara sadəcə tamaşa edir. 10 gün öncə polis idarəsinə təhlükə ilə bağlı məlumat verilsə də, "gəlirəm" deyə bağıran bu nifrətə qarşı niyə lazımi tədbirlər görülməyibdir? Yaxın Şərqin cinayətlərinə ortaq olan məzhəb düşmənləri artıq Türkiyəyə də sirayət edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2014  11:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!