|
• DünyadaMüsəlman ölkələrinin sakinləri radikallar və ekstremistlərdən qorxurlar - sorğuYaxın Şərq və Cənubi Asiyada radikallardan qorxu artır. Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə bu barədə müvafiq araşdırma aparan “Pew Research Center” araşdırma mərkəzi məlumat verib. Livanda rəyi soruşulanların 92%-i radikalların təsirinin artmasından qorxur; bu, 2013-cü ildəkindən 11% çoxdur. Maraqlıdır ki, livanlıların ictimai rəyinin bu nəticəsi praktiki olaraq şiə, sünni və xristianlar arasında bərabər paylanıb. İordaniyada respondentlərin 62%-i radikalmeylli fanatiklərdən qorxur. Bu isə 2012-ci ilə nisbətən 13% çoxdur. Oxşar nəticələr Asiya ölkələrində də əldə edilib. Belə ki, Banqladeşdə rəyi soruşulanların 69%-i, Pakistanda 66%-i, Malayziyada isə 63 %-i radikallardan qorxur. Böyük müsəlman dövlətlərindən biri sayılan İndoneziyada sorğuda iştirak edənlərin 40%-i ekstremizmlə bağlı narahatlığını ifadə edib. Nigeriyada respondentlərin 79%-i “Boko-Haram” hərəkatının fəaliyyəti ilə razılaşmadığını bildirib, 59% pakistanlı isə “Taliban” hərəkatına qarşıdır. Fələstində rəyi soruşulanların 53%-i HƏMAS hərəkatına qarşı çıxış edir, Qəzza zolağında isə bu nisbət 63%-dir. Bildirək ki, fələstinlilərin 46%-i şəhid kəməri bağlayıb törədənlərin fəaliyyətinə bəraət qazandırır. Lakin bu, 2007-ci illə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı göstəricidir. Belə ki, həmin vaxt belə insanlar 70% təşkil edirdi. Qeyd edək ki, araşdırma “İraq və Şamda İslam Dövləti” (DAİŞ) terror təşkilatının İraqa hücumuna qədər, yəni 2014-cü il aprelin 10-dan mayın 25-dək aparılıb. Sorğuda 14.2 min nəfər iştirak edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 İyul, 2014 20:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |