|
• Dünyadaİraq ordusu Mosula daxil olmağa hazırlaşırAhlibeyt.az-ın İraq mətbuatına istinadən xəbər verir ki,İraq ordusu, İŞİD terror təşkilatının işğal etdiyi Mosul şəhərini terroristlərdən tamamilə təmizlənmə əməliyyatının cümə axşamı başlayacağını bildirdi. İraq təhlükəsizlik orqanlarından verilən məlumata görə, İraq ordusu Mosul şəhərini terroristlərdən təmizləmək üçün 5 ayrı nöqtədən şəhərə daxil olmaq üçün hazırlıq işlərini görürlər. Ordunun şəhəri geri almaq və terroristlərdən təmizləmək üçün lazımlı infrastruktur işlərini tamamladığı bildirilir. İraq ordusunun Mosulun ətrafında 5 yerdə mövqe tutduqları bildirilən hüquq-mühafizə orqanlarının xəbərində, terroristlərin son günlərdə ağır zərbə aldıqları qeyd edilib. İraqın Səlahaddin Qubernator şurası rəhbəri Əhməd Əl Kərim, İraq ordusu və hüquq-mühafizə orqanları ilə "İraq-Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı üzvlərinin aralarında yaranan qarşıdurmalarda əhəmiyyətli irəliləmələr olduğunu bildirib.Əhməd Əl Kərim həmçinin İŞİD terrorçularından bir çoxunun qadın qılığına girərək, avtomobillərlə Səlahaddindən Əl Cəzirə bölgələri və Hamreyn dağlarına doğru qaçdıqlarını söyləyib. Əl Kərim ayrıca İŞİD-in, bölgədəki ölkələrin dəstəkləri sayəsində güc topladığına toxunaraq "Onlar bölgəni qarışıqlıq və xaos mühitinə soxmaq niyyətindirlər. Bu terroristlər kimilərinin təbliğatlarının əksinə şübhəsiz Əhli Sünnəni qorumaq üçün İraqa gəlməmişlər. Bunlar həqiqətdə din və məzhəb örtüyü altında hər kəsi öldürməkdən və hər şeyi dağıtmaqdan çəkinməyən Təkfirçi bir təşkilatı təşkil edirlər. Bunların İslamla heç bir əlaqəsi yoxdur" deyə bildirib. Bu arada bəzi xəbər agentliklərinin verdiyi xəbərə görə İmam Əliyyən Nəqi (ə) və Həsən Əsgərinin (ə) İraqın Samirra şəhərində yerləşən müqəddəs türbələri “İraq və Şam İslam Dövləti” sələfi-vəhhabi terror qruplaşması tərəfindən top atəşinə tutulub İmamların (ə) ziyarətgahları istiqamətində atılan top mərmilərin ardınca İraq Hərbi Hava Qüvvələri hücumun təşkil olunduğu mövqeləri raket atəşinə tutub. İŞİD terrorçuları geri çəkiliblər. Hücum nəticəsində 1 İraq hərbçisi şəhid olub, bir neçə nəfər yaralanıb. Ziyarətgahlara heç bir ziyan dəyməyib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyul, 2014 12:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |