إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəmən inqilabçılarının böyük əksəriyyəti İslam hərəkatının üzvləridir

İsam İmad: Yəmən islamçıları mütləq qələbə qazanacaqlar

Əslən yəmənli olan və hal-hazırda yaşayan mütəfəffir İsam İmad Yəməndə cərəyan edən hadisələrə münasibət bildirərkən deyib ki, Yəmən inqilabı 99% İslam inqilabıdır. İnqilabda iştirak edənlərin böyük əksəriyyəti və inqilab rəhbərləri İslam hərəkatının üzvləridirlər. Və inqilabçıların səsləndirdikləri şüarlar da İslami şüarlardır.

İsam İmad deyib ki, inqilabçılar 8 ay əvvəlki inqilabçılar deyillər. 8 ay bundan öncə inqilabçılar ABŞ və Səudiyyə Ərəbistanının rəhbərlərinin şəkillərini yandırmağı belə düşünməzdilər amma indi bunu edirlər. Yəni artıq onlar püxtələşiblər və onlara agah olub ki, Yəmən diktatoru ilə birgə onların düşmənləri ABŞ və Səudiyyə Ərəbistanıdır.

İnqilabın mərkəzinin Taiz şəhəri olduğunu bildirən İsam İmad deyib ki, Taiz şəhərində savadsız adam çox azdır və Səudiyyənin həmin şəhərdə nüfuzu yoxdur. Məhz buna görə Yəmən prezidenti və Səudiyyə həmin şəhəri bombardman edirlər.

Xatırladaq ki, İsam İmad Yəməndə doğulub. Daha sonra dini təhsil almaq üçün Səudiyyə Ərəbistanına gedib. Səudiyyə Ərəbistanında Məhəmməd əl-Səud Universitetində təhsil alıb. Səudiyyədə tanınmış vahhabi alimlərindən, o cümlədən, tanınmış vahhabi alimi Bin Bazdan dini təhsil almışdır. Daha sonra şiəlik barədə dərin mütaliələr edən İsam İmad şiəliyi qəbul edib. Şiəliyi qəbul etdikdən sonra vahhabiliyi tənqid edən bir neçə əsər yazıb. Bundan sonra vahhabi alimləri onun kafir olması barədə fətvalar veriblər. Hal-hazırda mərkəzi ofisi İranın Qum şəhərində yerləşən Ümumdünya Əhli-Beyt(ə) Cəmiyyətində müəllim işləyir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2011  18:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!