|
• DünyadaRusiyanın bəzi bölgələrində müsəlmanlar günün 22 saata qədərini oruc tutmalı olacaqlarRusiyanın Qərbi Sibir əyalətlərində məskunlaşmış müsəlmanlar bu il ən uzun Ramazan günlərinə təsadüf etdiyi üçün günün 22 saatına qədərini oruc qalmalı olacaqlar.Ən uzun günlərsə əsasən Xantı Mansiyski əyaləti və Pokaçı şəhərini əhatə edəcək. Ahlibeyt.az-ın İslamNews-a istinadən veriyi xəbərə görə bəzi illər bu ərazilərdə yaşayan müsəlmanlar öz üfüqlərinə yaxın olan və zaman müddətinə görə daha qısa oruc tutulan şəhərlərin vaxtı ilə eyni oruc tutmalarına baxmayaraq bu il Rusiya Müsəlmanları Mərkəzi Əyalətlər Dini İdarəsi(RMMƏDİ) Müftülüyü bəyanatla çıxış edərək bunun yolverilməz olduğunu bildirmişdir. RMMƏDİ müftüsü Talqat Tacuddin məlumat vermişdir ki,hər bir müsəlman öz şəhərinə uyğun olaraq oruc tutmalıdır orucu digər yaxın üfüqlərlə eynişəldirmək olmaz. Qeyd edək ki,Xantı Mansiykidə 300 minə qədər müsəlman yaşayır,Pokaçi şəhərinin müsəlman əhalisi isə 7 minə qədər təşkil edir. Nəzərinizə çatdırırıq ki,şiə məzhəbinin bəzi Məracei-Təqlid müctəhidləri günləri həddən artıq uzun olan bu tip şəhərlərdə məskunlaşan müsəlmanlara yaşadıqları ərazilərin üfüqləri ilə eyni olan və zaman baxımından daha qısa oruc tututulan şəhərlərlə eyni zamanda iftar açılmasına icazə vermişlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2014 14:18 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |