|
|
Səddam Hüseynin qətlə yetirdiyi mütəfəkkir qadın Aminə Sədrin əsəri Azərbaycan dilində nəşr olunduMüsəlman dünyasının azsaylı qadın yazıçılarından olan, parlaq imza sahibi Aminə Sədrin (Bintül-Hüda) “Xəstəxanada görüş”povesti ana dilimizdə nəşr edildi. Bintül-Hüda haqqında tək onu demək kifayətdir ki, o şəxsiyyəti və maarifpərvər fəaliyyəti ilə öz dövrünün qadın liderinə çevilmişdir. Onun əsərləri dərin elmi-fəlsəfi mövzuların asan dildə çatdırılması ilə fərqlənir. Orijinallığı, dərinliyi və özünə məxsusluğu ilə seçilən “Xəstəxanada görüş” povestidə də oxucunu həyəcanda saxlayan süjet xətti ilə yanaşı bir çox elmi-fəlsəfi mövzulara anlaşıqlı və səlis şəkildə aydınlıq gətirilir. Əsərdə təsadüfi bir şəkildə həkim Aminə ilə tanış olan baş qəhrəman onun timsalında hər birimizin həyatını iflic edən sualların cavabını tapmağa başlayır və onlar arasında möhkəm bir dostluq bağı yaranır. Sonra gizli bir sirr nəticəsində o Aminədən uzaqlaşmaq məcburiyyətində qalır və bu onlar üçün dözülməz faciəyə bərabər olur... Qeyd edək ki, kitabın müəllifi Aminə Sədr 1980 – cı ildə maarifpərvər fəaliyyətlərinə və onunla tutduğu barışmaz mövqeyə görə Səddam Hüseyn tərəfindən qardaşı böyük filosof və fenomenal şəxsiyyət Ayətullah Seyyid Məhəmməd Baqir Sədr ilə birlikdə eyni gündə qətlə yetirilmişdir. Kitab Bakıda “Parlaq İmzalar” nəşriyyatı tərəfindən çap edilib və artıq şəhərin kitab mağazalarında satışdadır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2014 21:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |