|
• Dünyadaİraq ərazisində İŞİD-ə Suriya və İraq ordusundan ağır zərbəAhlibeyt.az-ın Rusiya və Türkiyə informasiya agentliklərinə istinadən verdiyi xəbərə görə İraq ordusunun generalı-leytenantı Qasim Ata bildirib ki, ordu qüvvələri Suriya sərhəddində yerləşən Əl-Vəlid şəhərini və İordaniya sərhəddində yerləşən Tureybil qəsəbəsini İŞİD terrorçularından təmizləyib. Həmçinin İraq Hərbi Hava Qüvvələri ölkənin şimalında yerləşən Bəyci şəhərinə yaxın məntəqədə İŞİD-in mövqelərinə zərbələr endirib. Avia zərbələr nəticəsində 17 terrorçu məhv edilib. Qeyd edək ki, İraqın Bəyci şəhərində ölkənin ən iri neft emalı müəsissələrindən biri yerləşir. İraq ordusunun Tikritin cənubunda yerləşən Yəsrib və Ciliam məntəqələrində keçirdiyi anti-terror əməliyyatlarında İŞİD komandiri Hussam Əl-Sattam ilə birlikdə 53 terrorçu məhv edilib. 12 terrorçunun da yaralandığı bildirilir. Suriya Hərbi Hava Qüvvələri İraqın Əl-Qaim şəhərində yerləşən İŞİD terrorçularının mövqelərinə avia zərbələr endirib. Zərbələr nəticəsində 20 nəfər terrorçunun öldüyü 93 nəfərinin isə yaralandığı bildirilir. Qeyd edək ki, Əl-Qaim şəhəri Suriya-İraq sərhəddində yerləşir və bir neçə gün öncə İŞİD terrorçuları tərəfindən ələ keçirilib. Bu arada İŞİD-ın Mosulun şərqindəki qərərgahına hava zərbələri endirilməsi və çox sayda terroristin məhv edilməsi ilə bağlı məlumatlar verilmişdir.Lakin bu zərbələrin ABŞ-ın insansız hava qırıcıları və ya İraq HHQ tərəfindən həyata keçirilməsi dəqiqləşdirilməmişdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2014 20:11 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |