إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Muctəba Tehraninin Şaban ayının son günləri ilə bağlı tövsiyələri

Mübarək Şaban ayının bitməsinə və Allahın ziyafət ayı olan mübarək Ramazan ayının başlamasına bir nəçə gün qalıb. Mərhum Ayətullah Muctəba Tehraninin Şaban ayının son günləri ilə bağlı tövsiyələri var idi, Şaban ayı sona çatmaq üzrədir, dua, istiğfar və Quran tilavətini unutmayaq.

Ahlibeyt.az-ın shabestan-a istinadən verdiyi xəbərə görə mərhum Ayətullah Muctəba Tehrani Şaban ayının son günləri ilə bağlı təkidlə buyurmuşdur ki, bu son günlərdə dua, istiğfar və Quran tilavətini daha da artırmaq gərəkdir.

Özünü Allah ziyafətinə hazırla! İmam Rza (ə) İslam Peyğəmbərindən(s.ə) nəql etdiyi bir hədisdə buyurur - Rəcəb ayı Allah ayıdır; bu ayda Allahın rəhməti yağar və Şaban ayında isə xeyirlər bölünər, paylanar və yayılar. Ramazan ayının ilk günündə şeytanlar zəncirlənər, Ramazan ayının hər bir gecəsində 70 min (gühankar) bəndə bağışlanar".

Rəcəb ayı Allah ayıdır. Bu ayda Allahın bəndələrinə rəhməti yağar və Şaban ayında isə xeyirlər bölünər, paylanar və yayılar; Ramazan ayının ilk günündə (insanları) azdıran şeytanlar zəncirlənər, yəni bağlanar Allah Taala azdırıcı şeytanları cilovlayır, yəni Allah Taala şeytanlara Ramazan ayında şeytanlara maneçilik törətmək icazəsini vermir. Bu gündüzə aiddir, amma gecə necə? Allh Taala hər bir gecə 70 min (gühankar) bəndəni bağışlayır. Bu üç ay Rəcəb Şaban və Ramzan ayları Allahın xüsusi inayəti altındadadır.

Biz Şaban ayının son günlərini başa vururuq. Başqa bir hədisdə qeyd edilir ki, Əba Səlt Şaban ayının axırıncı cüməsi İmam Rzanın (ə) hüzuruna getmişdi. İmam Rza (ə) ilk öncə ona buyurdu: Ey Əba Səlt! Şaban ayının artıq çox günləri gəlib keçdi və bu cümə də ayın son cüməsidir; bu qalan günlərdə etmədiyin xeyirli əməllərin tədarükünü gör; özünə faydalı olan əməlləri et və faydası olmayan əməlləri isə tərk et. Dua, istiğfar və Quran tilavətini çoxalt, -əziz və böyük- Allahın ilə ixlaslı olduğun halda günahlarından (əl götürüb) Allah tərəfə qayıt və tövbə et ki, bu Allah ayı da sənə tərəf gəlsin, boynunda olan hər hansı əmanəti saxlama və onu əda et. Həmçinin hər hansı bir möminə qarşı olan kini qəlbindən çıxart, etdiyin hər hansı bir günahdan əl götür və ondan uzaqlaş, Allahdan qorx, gizli və aşkar işlərində Allaha təvəkkül et, Allaha hər kim təvəkkül edərsə Allah ona kifayət edər, çünki Allah Öz işini həyata keçirir və hər bir şey üçün ölçü qərar verib. Ayın qalan günlərində bu zikri çox de: "Əllahummə illəm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh" (İlahi! Əgər bu ayda indiyədək bizi bağışlamamısansa bəs Səndən istəyirəm ki, bu qalan günlərdə bizi bağşlayasan). Çünki Allah Taala bu ayda Ramazan ayına xatir çox sayda insanları cəhənnəm atəşindən azad edir.

İmam Rza (ə) ona xatırladır ki, Şaban ayının bu qədər bərəkəti var idi və ola bilər ki, sən qafil olmusan, bəs on da gəl qalan günlərdən istifadə et, Şaban ayında müəyyən səbəblər üzündən etmədiyin əməllərin tədarükün gör.

Sonra  buyurub: "Dua, istiğfar və Quran tilavətini çoxalt". Bu İslam Peyğəmbərinin (s.ə) buyurduğu "Şaban ayında isə xeyirlər bölünər, paylanar və yayılar"- sözün mənasıdır. Allah Taala Şaban ayında ümmətinə xeyirlər paylayar. Gəl bir fikirləş gör bu ayda bu xeyirlərdən sənə nə qədər çatıb. Mənim sözüm budur.


İmam Rza (ə) buyurur çox xeyirlər əlindən çıxıb; bəs gəl qalan günlərdə onun əvəzini çıx. Sondada buyurur bu duanı çox de: "Əllahummə illəm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh". İlahi bu ayda əgər məni bağışlamamısansa məni bağışla. Nə üçün bu işi görməlisən? Özünü təmizləmək üçün, paklamaq üçün; çünki sən Ramazan ayına daxil olmaq istəyirsən.

Ramzan ayı ziyafət ayıdır. Allah səni dəvət edib, gedib süfrə başında oturmaq istəyirsən, bəs on da özünü təmizlə. İnsan qonaqlığa getmək istəyəndə nə edir, nə ilə məşğul olur? Özünü təmizləyir. Burada ev sahibi Allahdır və qonaq da onun bəndəsidir. Bəndə özünü təmizləməlidir. Təmizləmək də ruh və batinin təmizlənməsidir.

Bu hədisdə də İmam buyurdu ki, əgər qəlbində kiməsə qarşı ədavət varsa onu qəlbindən çıxart. Bunların hamısı batini baxımdandır. Buna görə də dostlara tövsiyə etmək istəyirdim ki, bu qalan anlarda bu duanı çox deyin. Elə ki burdan durub gedirsən bu zikri daima de: "Əllahummə illəm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh", nə qədər ki, gecə olmayıb bu zikri ardıcıl deyin, ola bilsin inşaallah Allah Taala inayət etsin və beləliklə təmiz, pak bir qəlb ilə Ramazan ayına daxil olasız.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyun, 2014  14:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!