|
• DünyadaBakıda İmam Sahibəzzamanın (ə.f.) mövludu münasibətilə "İçtimai-siyasi nəzəriyyələrin təkamülü" adlı konfrans keçirilmişdirBakıda İmam Sahibəzzamanın (ə.f.) mövludu münasibətilə "İçtimai-siyasi nəzəriyyələrin təkamülü" adlı konfrans keçirilmişdir. Konfrans məhdəviyyat inancının müasir elmi prizmadan araşdırılmasına həsr olunmuşdur. Məruzə ilə çıxış edən gənc təhqiqatçılar tarix boyu siyasi və iqtisadi ideyaların inkişafı, müasir modellərin çatışmamazlığı və gələcək inkişaf prepspektivləri barədə söz açdılar. Təhqiqatçı Samir Pənahov müxtəlif fəlsəfi paradiqmaların bir birini əvəz etməsi, paradiqmaların əsasında duran insan kimliyinə yanaşmalarının dəyişilməsi, bu yanaşmalardan doğan müxtəlif siyasi modellərdən, o cümlədən müasir dövrdə modern və postmodern siyasi nəzəriyyələrdən, onların çatışmamazlıqlarından və gələcək üçün optimal inkişaf yolundan danışdı. Daha sonra iqtisadçı-ekspert Elxan Mikayıloğlu iqtisadi nəzəriyyələrdən, müasir dünyada hökm sürən iqtisadi modellərdən, onların islahat cəhdlərindən, yaranan böhranlardan çıxış yolu kimi təqdim olunan ideyalara toxundu. İqtisadiyyata müasir baxışlara təhlil edən məruzəçi yeni iqtisadi insan tipinin - ağıllı və mənəviyyatlı insanın- yaranmasından danışdı. Konfransın qonaqları qismində dəvətlilər arasında Tanınmış ilahiyyatçı alim,"Məşədi Dadaş Məscidinin axundu Hacı Şahin Həsənli,İlahiyyatçı Ramil Bədəlov,fəlsəfə elmləri doktoru Elşən mustafaoğlu və digərləri yer alırdı. Qısa fasilədən sonra konfransın qonağı İlahiyyatçı alim,fəlsəfə doktoru Hacı Elşən Mustafaoğlu konfrans təşkilatçılarına razılığını ifadə edərək dini cameənin təfəkküründə islahatların zəruriliyindən söz açdı. O, inkişaf üçün yeni baxışlara açıq, müzakirə və dialoqa hazır olmağı zəruri şərt kimi qeyd etdi. İlahiyyatçı Hacı Ramil Bədəlov İslam dininin elmə verdiyi əhəmiyyəti barədə məruzə ilə çıxış etdi. Sonda konfransın fəxri qonağı olan tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli,çıxış edərək konfrans barədə öz təssüratlarını bölüşdü. Hacı Şahin Həsənli bu tip konfransların din barədə səhv stereotipləri aradan qaldırdığını,bu qəbildən olan tədbirlərin cəmiyyət üçün faydalı olduğunu qeyd etdi və bildirdi ki, İslam etiqadlarının elmi müstəvidə araşdırılmasına həsr olunan tədbirlər mütəmadi təşkil edilməlidir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyun, 2014 14:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |