|
• DünyadaMisirin Baş müftüsü “Müsəlman qardaşları” liderinin edam hökmünü təsdiqlədiMisirdə zorakılığa təşviq və sərhəd-keçid məntəqələrinə hücumda təqsirləndirilən “Müsəlman qardaşları” hərəkatının lideri Məhəmməd Badia da daxil olmaqla, 183 nəfər fəalla bağlı edam qərarı Misirin şəriət məhkəməsi tərəfindən təsdiqlənib.
Ahlibeyt.az-ın Hurriyet-ə istinadən verdiyi məlumata görə, Misir Cəza Məhkəməsi aprelin 29-da aralarında M. Badia və “Müsəlman qardaşları”nın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının baş katibi Saad əl-Katatninin olduğu 683 nəfər haqqında edam hökmü verib.
Misir qanunlarına əsasən, edam hökmü ilə bağlı qərarlar Misir müftisinə göndərilir və müftinin rəyi alındıqdan sonra məhkəmə son qərarını verir.
Minye Cəza Məhkəməsinin bu gün açıqlanan qərarına əsasən bundan öncə edam cəzası verilmiş 683 nəfərdən 496 nəfərə bəraət hökmü verilib, ikisi qadın olmaqla, 4 nəfər ömürlük həbsdən məhrum edilib, 183 nəfərin isə edam hökmü təsdiqlənib. Bu gün 683 nəfərin taleyini müəyyən edən məhkəmə prosesi cəmi 15 dəqiqə davam edib. Qeyd edək ki,Misirdə İslam şüarları ilə hakimiyyətə gələn "Müsəlman Qardaşları" hərəkatı müxtəlif siyasi cərəyanlar arasında dialoq qura bilməməsi,ölkə iqtisadiyyatının yararsız hala salınması,bölgə ölkələrində, xüsusən Suriyada baş verən daxili toqquşmalarda terrorçu qrupların rəsmi şəkildə dəstəklənməsi nəticəsində yaranmış xaos və daxili etirazlarla hakimiyyətdən uzaqlaşdırılmışlar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyun, 2014 19:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |