|
• DünyadaBəhreyn xalqı qul deyil və heç vaxt təslim olmayacaqBəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim bu gün Cümə xütbəsində Bəhreyndə baş verənlərə toxunaraq demişdir ki, Bəhreyn xalqı qul və ya kəniz deyil, azad bir xalqdır. Və heç bir zaman zülm və zor Bəhreyn xalqını öz istəyindən geri çəkə bilməyəcəkdir. Şeyx İsa Qasim Bəhreyn xalqı Allahdan başqa heç kəsin qabağında baş əyməyəcək deyərək bildirib ki, Bəhreyn xalqı başqalarının qarşısında təslim olmağı rədd edir və heç bir Allah bəndəsinin qarşısında zillət libasına bürünməyəcəkdir. Vətəni sevmək imandan olduğu üçün Bəhreyn xalqı da ölkədə islahatlar aparılmasını tələb edir deyən Şeyx İsa Qasim deyib: "Mömin şəxs özünü Allahdan başqasına satmadığı üçün vətənini də başqalarına satmaz. Yalnız dünyapərəst, dinsiz və şərəfsiz adamlar vətənlərini satarlar. Çünki onlar bu dünyada ancaq mal və sərvət yığmaqla məşğuldurlar. Amma həmin insanlar digərlərinin yanında heç bir ehtirama sahib deyillər". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2011 00:25 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |