إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qəbrin əvvəl gecəsini rəvayət edən qız

Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai ustadı Hacı Mirzə Əli Ağa Qazidən(Əllammə Qazi) belə nəql edir:

"Nəcəfi-Əşrəf şəhərində bizim evin yanında Əfəndi(Osmanlı dövlətinin sünnilərinə deyilirdi) qızlarından birinin anası vəfat edir. Qız anasının vəfat etməsindən bərk narahatçılıq keçirir. Cənazəni dəfn edən zaman qız özünü çatdırır qəbirstanlığa və başlayır fəryad etməyə. Qız elə ağlayırdı ki, dəfndə iştirak edənlərin hamısını ağladır.

Cənazəni qəbrə qoyub üstünü örtmək istədikdə qız şivən qopararaq dedi ki, mən anamdan ayrı düşə bilmərəm. Hər nə dedilərsə, qızı aram edə bilmədilər. Hiss etdilər ki, əgər qızı anasından ayırsalar mümükündür ki, qız da canını tapşırsın. Belə məsləhət oldu ki, qızı da qəbrin içində bir gecə qalmasına icazə verilsin. Qızı da anasının yanında qəbrə qoyurlar və qəbrin üstünə torpaq tökməyib yalnız taxta ilə örtürlər. Yəni istədiyi vaxt qəbirdən çıxa bilsin.

Səhər qızdan xəbər bilmək üçün qəbirstanlığa gələn camaat qızın bütün saşlarının qar kimi ağappaq olduğunu görürlər. Qızdan səbəbini soruşurlar ki, qız cavab verir:

"Eləki gecə oldu, iki mələk gələrək hərəsi bir tərəfdə dayandılar. Onlardan başqa bir möhtərəm kişi də gəlib ortada dayandı. Mələklər başladılar anamı sorğu-sual etməyə. İlk öncə tövhidi suallar verildi və anamdan Allahın kimdir deyə soruşdular. Anam cavablarını düzgün verdi. Sonra nübüvvəti sual verdilər ki, anam peyğəmbərinin Hz.Məhəmməd(s) olduğunu bildirdi.

Sonra anamdan - İmamın kimdir - deyə soruşdular. Elə bu sualı vermişdilər ki, ortada dayanmış möhtərəm şəxs belə dedi: Mən onun imamı deyiləm. Bunu eşidən mələklər anama çubuqla elə vurmağa başladılar ki, odu bütün asimanın üzünü bürüdü.

Mən də bu səhnələri izlədikdən sonra saçlarım ağarıb."

Qızın mənsub olduğu tayfa əhli-təsənnün idi. Onlar ki, bu əhvalatı eşitdilər hamısı şiəliyi qəbul etdilər. Həmin qız da onlarla birlikdə şiəliyi qəbul etmiş oldular".

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Sentyabr, 2011  05:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!