إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Gəncədə hərəkətin dayanmasına səbəb olan yas çadırlarının qurulması qadağandır

Gəncənin bir neçə küçə və prospekti yas çadırlarının qurulması səbəbindən bağlanır, sürücülər, eləcə də piyadalar xeyli əziyyət çəkirlər.

 

Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu gün Gəncə şəhərinin mərkəzi ərazilərində, nəqliyyatın intensive olduğu küçə və prospeklərdə vəziyyət daha acınacaqlıdır. Nəriman Nərimanov, Heydər Əliyev, prospektlərində, Təbriz, Vəli Xuluflu, Rüzigar Qasımov, Muxtar Hacıyev, Vaqif və başqa küçələrdə, Bağmanlar, Gülüstan, Yeni Gəncə qəsəbələrində yas çadırlarının qurulduğuna daha tez-tez rast gəlinir və nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşür. Mütəxəssislər problemin həllini əlavə obyektlərin, mərasim evlərinin tikilməsində və məscidlərin nəzdində müvafiq yerlərin yaradılmasında görürlər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, şəhərdə 3 mərasim zalı var. Əlavələrinin tikilməsi üçün də işlər aparılır. İstənilən halda yollarda hərəkətin dayanmasına səbəb olan yas çadırlarının qurulması qadağandır.

Bu məsələyə din xadimlərinin də münasibəti birmənalıdır və yolların kəsilməsini dini baxımdan da yol verilməzliyini deyiblər.

Hacı İlham Abbasov bildirib ki, yolların üzərində yas çadırlarının qurulmasından təkcə sürücülər deyil, həmçinin təcili tibbi yardım və yanğınsöndürən avtomobilləri də əziyyət çəkirlər. Yolun bağlı olmasından həmin ünvanda xəstələnən və ya yanğın olduqda vəziyyət daha təhlükəli hal alır. Yolu bağlanan sürücülərin əziyyət çəkməsi, daralan əsəblər fonunda səsləndirilən xoşağəlməz ifadələr vəfat edənin ruhunu incidir. Buna görə də, yası düşən hət bir kəs ölüsünə hörmət qoymalı, onun ruhunun inciməsinə yol verməməlidir.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyun, 2014  15:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!